adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 May 2018 15:17
9667
SİYASƏT
A- A+

Ruhanidən Trampa son xəbərdarlıq: “Peşman olacaqsan”

"ABŞ nüvə razılaşmasını pozarsa, peşman olacaq”

Adalet.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə İran prezidenti Həsən Ruhani bildirib. O, vurğulayıb ki, ABŞ belə bir addım atsa, İran bir həftədən gec olmayaraq, buna cavab verəcək:
"Razılaşmanı ilk pozan tərəf biz olmayacağıq. Əgər razılaşmanı pozarlarsa, peşman olacaqlar. Biz onların düşündüklərindən daha çox hazırlıqlıyıq. Razılaşmanı pozsalar, bir həftədən az müddətdə nəticələrini görəcəklər”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranla imzalanan nüvə razılaşması ilə bağlı yekun qərarını sabah yerli saatla 14:00-da açıqlayacaq.