ANA SƏHİFƏ / SAĞLAMLIQ

1 saylı Körpələr Evinin qalmaqallı baş həkimi işdən kənarlaşdırıldı - VİDEO

61627    |   2018-05-08 14:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evinin baş həkimi Nəhayət Əliyeva müvəqqəti olaraq işdən kənarlaşdırılıb.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

Nazirlik rəsmisi baş həkimin vəzifəsindən azad edilmədiyini vurğulayıb:

"Bir dəfə araşdırma aparıldı. Artıq ikinci dəfə araşdırmaya başlanılıb. Nəhayət Əliyeva vəzifəsindən azad edilməyib”.

S.Əhmədovanən sözlərinə görə, baş həkimin səlahiyyətlərinin icrası müvəqqəti olaraq müavinə tapşırılıb.

Qeyd edək ki, bir qədər əvvəl müğənni Rəqsanə İsmayılovanın qızı Aysun 1 saylı Körpələr Evindən oğurluq olması iddiası ilə çəkdiyi görüntüləri sosial şəbəkədə yaymışdı. Videoda Körpələr Evinə gətirilən qida məhsulları, uşaq bezlərinin işçilər tərəfindən binanın girişindən böyük ağ torbalarla "Prado” markalı maşına daşındığı əks olunmuşdu. Həmin vaxt Səhiyyə Nazirliyi Körpələr Evindən daşınan torbalarda yuyulmaq üçün aparılan mələfələr olduğunu açıqlamışdı.(modern.az)






İmza:

Bakıda həyati təhlükə törədən heyvan ətlərinin satışına görə 6 nəfər həbs edilib

Qocalmaq istəməyənlər üçün 5 sadə içki

Londonda Azərbaycan Milli Onkologiya Mərkəzinin xərçəng xəstəliyi ilə mübarizə üsulları müzakirə edilib

Qulaqcıq sağlamlıq üçün TƏHLÜKƏDİR

Beyin hüceyrələrini məhv edən səbəblər...

Azərbaycanda qeysəriyyə əməliyyatı etdirən qadınların sayı pik həddə çatdı

Azərbaycanda əhali arasında qriplə bağlı epidemioloji monitorinq gücləndiriləcək

Azərbaycanda yayılan qrip virusudur? - Baş infeksionist CAVAB VERDİ

Böyrək daşlarına qarşı xalq təbabəti respetləri

Azərbaycanda onkoloji xəstələrin sayı artıb

Mədəkiçiltmə əməliyyatını hansı halda etmək olar?

Yeməkdən sonra siqaret çəkmək çox təhlükəlidir - Xərçəng riskini artırır

SON XƏBƏRLƏR
2018-10-17
2018-10-16


VİDEO