adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
09 May 2018 10:31
14692
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: Bağırmaqla Şuşa hey!..

Üstüm tozlu deyil ki?
Çırpma, dərdim tökülər!
İlmələrim də dərddi -
Çırpma, ilməm sökülər!..

Bata-bata günaha
Mən çıxsam da sabaha,
Səsim çatmır Allaha -
Çatsa, dizi bükülər!..

Daş atıram quşa hey,
Dəymir, yerə düşə hey...
Bağırmaqla, "Şuşa!" hey -
Düşmən çətin çəkilər!