adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Aqil ABBAS:MEHMAN CAVADOĞLU İLƏ ŞUŞA SƏFƏRİ

AQİL ABBAS
72949 | 2018-05-10 09:51

MehmanŞuşanı görməmişdi. Ağdamda dostlarla bir yerdə qonağımıydı. Qalxdıq MalıbəyliyəVasif Quliyevin toyuna. Səxavət Məmmədovun İsa bulağının suyu kimitərtəmiz, Şuşanın havası kimi dadlı, qaymaqlı səsinə qulaq asdıq. Gözəl bir kənd toyu. Sonra dedim, Mehman, gəl səni qaldırımŞuşaya, Cıdır düzünü gör.

Dostlarıda götürdük – Əmir Pəhləvan, İlqar Həsənov,rəhmətlik Yusif İsmayılov və Yusif müəlliminqardaşı İlham İsmayıl qalxdıq Şuşaya,Cıdır düzünə.

Mehmanda həmişə mənlə zarafat etməyi, sancmağı xoşlayırdı. Cıdır düzündə çəmənlikdə süfrəaçmışıq, çay içirik, Mehman başladı:

-Ə, bu Cıdır düzünü nə qədər öyürsüz ey! Cıdır düzü! Cıdır düzü!... Cıdır düzü budu?! Burda nə tarixi bir şey var axı?


Təbiiki, söz məni tutdu və Mehmanın zarafatladediklərinə ciddi cavab verdim.

-Mehman, bax, indi sən oturduğun yerdə Pənah xan oturub, Mehralı xan oturub, İbrahimxan oturub, Mehdiqulu xan, Xan qızı Natəvan, Kərim bəy Cavanşir. Bax, sən oturduğunyerdə şahlar şahı Ağa Məhəmməd şah Qacaroturub. Məmməd bəy Cavanşir o Cıdır düzündə çox İran pəhləvanlarının dizini yerə qoyub, atını çapıb, burda Vaqifinbaşını kəsiblər, Qarabağın bütünel şənlikləri burda olub. Gözünü yumub bir az fikrə getsən, Cabbar əminin, Xan əminin səsinieşidərsən…

Mehmanbir az tutuldu, qayıtdı:

-Ə, mən zarafat elədim, sən də lap… İndi mənişuşalılara döydürmək istəyirsən?

Vəhəmin Mehman Şuşa işğal olunanda hönkür-hönkür ağladı.


TƏQVİM / ARXİV