Adalet.az | BİR AYƏ 300 FRANSIZDAN QİYMƏTLİDİ Adalet.az | BİR AYƏ 300 FRANSIZDAN QİYMƏTLİDİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

BİR AYƏ 300 FRANSIZDAN QİYMƏTLİDİ

15324    |   2018-05-10 11:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Atatürkün bir adəti varmış, hansısa bir kəndə, bir qəsəbəyə yaxınlaşanda maşından düşüb tək girərmiş həmin yaşayış məntəqələrinə, əyanlar ondan bir kilometr arxada gələrmiş. İstəmirmiş ki, onun kim olduğunu bilsinlər və insanlarla səmimi söhbət etsin. Qəzet yox, televiziya yox, adamlar sifətdən hardan tanıyaydı Atatürkü.

Yenə adətə uyğun bir kəndə gəlir, görür bir yaşlı adam tikdiyi evə ərəb əlifbasıyla naxışlar vurur və naxışlarda da belə yazılır: «Bir türk beş fransız əsgərinə bərabərdi». Atatürk soruşur ki, bu nədir yazırsan? Yaşlı adam cavab verir ki, mən Çanaqqalada Mustafa Kamal Paşanın əsgəri olmuşam və biz alayda beş min nəfəriydik, 25 min fransız əsgərini məhv elədik. Atatürk gülümsəyir və deyir:

- Sən onu poz, belə yaz, bir türk bütün dünyaya bədəldi!

Atatürkün Bosforda möhtəşəm bir heykəli var və elə həmin heykələ də yazılıb: «Bir türk bütün dünyaya bədəldi!»

İndi Fransanın keçmiş prezidenti Sarkozi başda olmaqla, Fransanın 300 ziyalısı yığışıb bir müraciət hazırlayıblar ki, «Quran»dan, dəqiq sayı yadımda qalmadı, təxminən elə 300 ayə çıxarılmalıdır, çünki bu ayələr xoşgörülü deyil.

Müsəlmanların ölkələrini dağıdırsız, şəhər və kəndlərini xaraba qoyursuz, başlarına min tonlarla bomba tökürsüz, məscidlərini yandırırsız və sair və ilaxır, indi də müqəddəs kitabları olan «Quran»dakı Allah kəlamlarına da dil uzadırsız.

Bir ayə o 300 fransızdan qiymətlidi. İstədim yazam ki, bir ayə bütün Fransaya bədəldi, dedim, xətirlərinə dəyər, məni verərlər məhkəməyə.




İmza:
SON XƏBƏRLƏR
2018-08-15


VİDEO