adalet.az header logo
  • Bakı 12°C
10 May 2018 10:07
21166
DÜNYA
A- A+

ALMANİYA KANSLERİNDƏN GÖZLƏNİLMƏZ FƏRMAN

Xanım Merkel bütün dünyanı təəccübləndirəcək bir fərman imzalayıb. Fərmana görə, iyun ayının 1-dən Almaniyadakı bütün avtomobillər yalnız və yalnız ağ rəngdə olmalıdır. Ağın da süd rəngi. Avtomobil emalatxanalarının qabağında böyük növbələr yaranıb. Vaxt daraldığına görə, hamı səhərə qədər növbədə dayanıb. Ölkədə ağ rəng çatışmazlığı yaranıb. Nəticədə Almaniya hökuməti Rusiyadan ağ rəng almaq üçün Moskvaya nümayəndə heyəti göndərib. Alman xalqı da bunu böyük sevinc hissi ilə qarşılayıb.

Belə bir fərnmanı Türkmənistanın prezidenti verib. İndi fikirləşin, Almaniyada belə bir fərman vermək olardımı?! O kansleri peykə qoyub göndərərdilər Marsa.

Almaniyada belə fərmanlar verilmədiyinə görə, Almaniya Almaniyadı! Türkmənistanda da belə fərmanlar verildiyinə görə, Türkmənistan da Türkmənistandı.