adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 May 2018 10:07
12030
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: ZƏHƏRLİ İLANLAR MEYDAN OXUYUR

Elə ki havalar get-gedə isinir, elə ki bir qədər də istilər yüksəlməyə başlayır, bax onda sanki ilanlara da bir həyat verilir. Yəni ilanlar istini daha çox sevirlər. Heç siz görmüsünüz ki, qarlı, şaxtalı havada ilan yuvasından çölə çıxsın və kiməsə hüjum eləsin?! Amma mənim tanıdığım adamlardan biri deyir ki, qış vaxtı qar yağanda da ilan görmüşəm. Anjaq gördüyüm o ilan soyuqda hərəkət eləyə bilmir və heysiz halda yavaş-yavaş yuvasına sarı sürünürdü. Buna da sözümüz yoxdur. Çünki hər şey ola bilər…

Havaların son on gündə bölgələrdə daha da istiləşməsi sanki ilanlara yeni bir nəfəs verib. Xüsusən də Bərdə, Beyləqan, Göyçay, Ağsu, Kürdəmir, İmişli və digər rayonlarda artıq zəhərli ilanlar görünməyə başlayıb. Və bu zəhərli ilanlar da ən çox otlaq sahələrində, bostan-tərəvəz yerlərində və kol-kos arasında olurlar. Çünki bu jür münbit şərait ilanlar üçün çox əlverişlidir. Birinjisi ona görə ki, bu şəraitdə onlar özlərinə müxtəlif qidalar tapa bilirlər. İkinjisi də daha təhlükəsiz yer kimi onlar otlaq sahələrini və kol-kosu əlverişli yer bilirlər.

Klinik Xəstəxananın toksikologiya şöbəsindən aldığımız məlumata görə, artıq neçə-neçə insan ilan vurması diaqnozu ilə həmin xəstəxanaya çatdırılıb. Xoşbəxtlikdən ilanın çalması nətijəsində hələ ölüm hadisəsi baş verməyib. Çünki İlan çalmış xəstələr vaxtında lazımi ünvana çatdırılıb və onlara ilkin tibbi xidmət düzgün göstərilib. Yəni ilan zəhəri əleyhinə lazımi zərdablar xəstələrə vurulub və stasionar müalijə aparılıb.

Təbii ki, hər bir janlı kimi ilanların da yaşam haqqı var. Amma sadəjə olaraq biz insanlar yaz və yay aylarında ehtiyatı əldən verir, tarlaya, təsərrüfat sahələrinə gedərkən təhlükəsizliyimizə diqqət yetirmirik. Məsələn, bir neçə gün bundan əvvəl rayonlardan birində odun yığarkən ilan həmin şəxsin barmağından çalıb. Bu günlər isə Tovuz rayonunda gənj bir oğlanı yenə otlaq sahəsində işləyərkən ilan biləyindən vurub. Hər iki zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılıb. Həkimlərin bildirdiyinə görə, onlara lazımi tibbi xidmət göstərilib və bu insanların həyatı üçün mövjud təhlükə aradan qaldırılıb.

Onu da qeyd edək ki, hər il yaz və yay mövsümündə respublikamızda onlarla insanı zəhərli ilanlar çalır. Düzdür, onların əksəriyyətinin həyatını xilas etmək mümkün olsa da, amma bəziləri dünyasını dəyişirlər. Bu da onunla bağlıdır ki, həmin xəstələr ya vaxtında xəstəxanaya çatdırılmır, ya da ilan zəhəri əleyhinə vurulan zərdab keyfiyyətsiz olur. Reallıqsa bundan ibarətdir ki, nətijədə hər hansı insan həyatı ilə vidalaşır.

Ümumiyyətlə, Səhiyyə Nazirliyi bir qayda olaraq respublikamızın bütün rayon xəstəxanalarına yay mövsümünə uyğun olaraq ilan zəhəri əleyhinə vaksinlər və zərdablarla təjhiz edir. Anjaq gəlin onunla razılaşaq ki, bəzi hallarda ilan vurmuş insanlara lazımi zərdablar vaxtında köçürülmədiyinə görə, onlar sonradan müxtəlif fəsadlarla üzləşirlər. Yəni həmin ilan zəhəri əleyhinə olan zərdab xəstəxanada ya tez tapılır, ya da bəzən tapılmır. Belə halda isə həmin xəstənin digər rayonlardakı xəstəxanalara aparana qədər iş işdən keçir və zəhər qana işləyir. Artıq ona vurulajaq hər hansı ilan zəhəri əleyhinə zərdab da müsbət nətijə vermir.

Mütəxəssislər bildirirlər ki, ilan vurmuş insanlara ilkin yardım elə hadisə yerində göstərilməlidir. Yəni ilan vurmuş adamın yarasını sıxmaq, nəiləsə bağlamaq düzgün deyil. Sadəjə olaraq, həmin yeri spirtlə silmək, yodla təmizləmək və tənzif qoyub təjili xəstəxanaya çatdırmaq lazımdır. Əgər bu deyilənlərə əməl edilsə və xəstələr operativ olaraq xəstəxanaya çatdırılsa, həmin insanın həyatını xilas etmək bir o qədər də çətin deyildir.

Azərbayjanda ən çox zəhərli ilan kimi gürzələr tanınır. Bir vaxtlar Bakının Zirə qəsəbəsində ilan zəhəri istehsal edən müəssisə vardı. Sovet dönəmində həmin müəssisəyə rayonlardan tutulmuş yüzlərlə gürzələr gətirilər və onun zəhəri alınaraq o ilanlar təhlükəsiz qüvvəyə çevrilərdi. Amma indi belə bir müəssisə olmadığına görə, zəhərli ilanlar da meydan oxuyur.

Mütəxəssisələr onu da bildirirlər ki, tarlaya, əkin sahəsin, təsərrüfata işləməyə gedənlər uzunboğaz ayaqqabılar geyinməli və əllərinə əljək taxmalıdılar. Çünki bu tədbirlərin həyata keçirilməsi onları gözləyən təhlükədən xilas edir. İkinjisi də ot biçən, təsərrüfat işi görən adam gərək həmin sahəyə girərkən diqqətli olsun, gözü ayağının altına baxsın. Çünki ilanlar ən çox bayaq dediyimiz kimi, qalın otların, kolların arasında gizlənirlər. Və ilan tapdamasan o heç vaxt səni çalmaz.

İyun, iyul, avqust ayları isə ilanlar üçün çox münbit bir dövr sayılır. Yəni bu dövrdə insanlar təsərrüfatlardan məhsul yığır, pambıq alağı eləyir, alma bağlarında bejərmə işləri aparırlar. Bu isə o deməkdir ki, isti yay günlərində hər an, hər dəqiqə hərəkət etdiyiniz o yerdə müxtəlif zəhərli ilanlarla üzləşə bilərsiniz. Təbii ki, bu jür şərait onu deməyə əsas verir ki, hər bir təsərrüfat adamı maariflənməli, diqqətli olmalı və yanındakı insanı da bu barədə məlumatlandırmalıdır.

Ən azından ona görə ki, bu jür qabaqlayıjı tədbirlərin gerçəkləşdirilməsi insanları əkin-biçin sahələrində, həyət-bajada mövjud təhlükədən xilas edir. Və bir də ilan elə bir şeydir ki, heç onunla üzləşməsən yaxşıdır. Üzləşəndə də gərək diqqətli olasan. Mənim bibim oğlu Əhməd kimi zəhərli ilanı belə zərərsizləşdirməyi bajarasan. Çünki bibim oğlu Əhməd gürzəni və digər zəhərli ilanları otun arasından elə ehmalja tuturdu ki, heç ilanın ruhu da injimirdi. O, həmin ilanı öldürməzdi. Aparıb Bəhmənlidən uzaq bir insan yaşamayan yerə buraxardı.

Kim həyətində ilan görsə, o dəqiqə bibim oğlu Əhmədi axtarır və o da gəlib o ilanı tutub həyətdən uzaqlaşdırır və bir də həyətinizdə kirpi saxlasanız, çətin ki, ilan o həyətə gəlib çıxsın. Məsələn, bizim Bəhmənlidəki dədə-baba yurdunda 30 il bundan qabaq iki kirpi vardı. O kirpilərin törəmələri bu gün də bizim həyətdə gəzir, hələ indiyə qədər bir ilan belə həyətə gəlib çıxa bilməyib. Bax, belə! Özünüzü daha zəhərli ilanlardan qoruyun!..