adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
08 May 2018 11:55
6243
GÜNDƏM
A- A+

“Qarabağ atları yenə Cıdır düzündə çapacaq” - İnam Kərimov

Regionlara səfər çərçivəsində kənd təsərrfatı naziri İnam Kərimov Ağcabədi rayonunun Xamtorpaq ərazisində yerləşən Ağdam atçılıq təsərrüfatında inşa edilən müasir atçılıq kompleksi ilə tanış olub.

Nazirlikdən Adalet.az-a verilən xəbərə görə, təsərrüfatda bəslənilən atların saxlanma şəraiti ilə maraqlanıb.

"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bayrağı tezliklə Şuşada dalğalanacaq və Qarabağ atları Cıdır düzündə yenə də çapacaq”, - deyə İnam Kərimov vurğulayıb.