adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Anam gülürsə, Günəşdir, ağlayırsa, Yağış... - Eminquey yazır

36239 | 2019-05-07 15:59

Mən anamı atamdan sonra kəşf etməyə başladım. Eləbilin ki, bir Magellan kimi. Əvvəl bu dünyanın içində idim. Mənim üçün o,sərhədlərdən ibarət idi. Sonra bəstəboy bir dünyanı gəzməyə başladım. Hər günbir yeni ölkəsini, hər gün yeni bir dilini öyrənməyə başladım.

Əvvəl anamın boğazını kəşf elədim. Ən çətinvaxtlarımızda anamın boğazından qidalandım. O boğazdan keçməyən tikələrmüqəddəsdir and içmək üçün. Sonra dilini kəşf elədim. O, atamla başqa dildə,mənimlə başqa dildə, qardaşları, bacıları, atası, anası ilə başqa dillərdədanışırdı. Onlarla danışdığı dilləri başa düşməsəm də, bu dillərdən ruhumasüzülən sevgi, musiqi var ha, nəyə desən bəs edər. Eynən dilini başadüşmədiyimiz, amma sevdiyimiz musiqilər kimi. Sonra kəşf elədim ki, anamsusanda Sakit Okeana bənzəyir. O Sakit okean ki, adı ilə xüsusiyyətləriüst-üstə düşmür. Bu susqunluq dünyanın ən dəhşətli səs-küyüdür. Atam dünyadanköçəndə kəşf elədim ki, bu bəstəboy dünyanın sahilləri necə də uzun, dalğalarınecə də hündür və təlatümlüdür. Nə qədər yaxşı üzsən də, o dalğalar səni yuyubapara bilər. Sonra bu dünyanın yaşını öyrəndim onun əllərindən. Qadınlarınyaşını əlləri biruzə verir, bilirsənmi?! Onun gözləri artıq qocalıb, bilir ki,adamı necə aldatmaq olar, amma əlləri... Əlləri uşaq kimidir. Heç vaxt yalandanışa bilmir.

Mən anamı kəşf elədikcə, başıma maraqlı və sirlihadisələr gəldi

Çox cavan qocaldım, çox cavan. Çox tez kişi oldum, çoxtez. Atam anamı necə də sevirmiş. Atam deyirmiş ki, mən öləndə səniincitməyəcəm, elə rahat öləcəm ki, əzab çəkməyəcəksən. Hər şey atamın arzusunauyğun baş verdi. Maraqlı və sirli. Bu hadisənin sirri onda idi ki, atamınyanında işləyirdim. Günboyu bir-birimizi daha yaxşı kəşf edirdik.

Yavaş-yavaş öyrəndim ki, sən demə, bu dünya elə dəqoca deyil, bəlkə də hələ öz ayağı üstündə durmağa belə naşıdır. O qədərərköyündür ki... Atamın ona yaşatdığı rahatlıq, heçnədən korluq çəkməməsiindi-indi özünü biruzə verməyə başlayır. Mən də tənbəlin yekəsiyəm. Bir dəgörürsən ki, nəsə bir iş tapşırır, həmin gün ərinirəm onu həllə eləməyə. Anamöz-özünə gileylənir: Atan olsaydı, indi çoxdan həll eləmişdi. Rəhmətliyin şəkliasılan divara söykənir anam yatdığı çarpayının başı. Hər dəfə ondan misalgətirən də barmağını o divardakı şəkilə tuşlayıb danışır anam. Elə bil, divaranamın ikinci qibləsidir. Mən evdə olmayanda o şəkillə danışır.

Bu dünyanın hikkəsi var, hirsi var. Əgər evə gecgəlirəmsəo,qapını açıb ildırım sürətilə məndən üz çevirib qaçır otağa. Bu halonun küsməyini bildirir.

Əgər nahara pomidor-yumurta, doğramac, qarpız-pendiryeyəcəyiksə deməli, oyorğundur, yemək bişirə bilməyib.

Əgər o yan-bu yanıma fırlanıb "balamı çoxistəyirəm, atan mənim xətrimə dəymirdi" deyirsə, ya siqaret çəkməməyimi,ya da üzümü qırxmağımı istəyir.

o gün anamın avazına oyandım,

nə ev təmizləyirdi,

nə pəncərə,

heç evimizin çölə pəncərəsi də yox ki,

açıb udasan otların qoxusunu,

Günəş sığal çəkə dibçəklərə,

gözlərini ovxalayıb

tökəsən küçələrə gözlərinin yuxusunu.

atamçun oxuyurdu Quranı

onun bağlanmış ömür kitabında

səhvləri düzəldirdi,

silirdi,

"günahlarını bağışla, ilahi"

deyirdi...

nə də olsa müəllim işləyib on il,

vərdişidi.

inanmırdım...

elə bilirdi,

adına bişirdiyi yeməkdən atam da yeyəcək,

onunçun çox bişirirdi aşı,

qaranı,

gecə yuxusuna gələcək,

qucaqlayacaq,

göz yaşlarını siləcək.

inanmırdım...

atamdan danışırdı dəqiqəbaşı

divardakı şəklini göstərirdi,

nəfəsini dərirdi,

için-için ağlamaqçun.

o gün bilmişəm,

bizim evin pəncərəsi

atamın divardakı şəklidi,

anam ağlayırsa hava yağışlıdı,

gülürsə Günəşlidi.

o gün bilmişəm,

bu ev nə vaxtsa yansa,

anam birinci o şəkli götürəcək özüylə,

yuxularında sağ qalan atamın bircə sözüylə

xoşbəxt oyanacaq yenə yuxudan.

o gecə məni ən çox qorxudan

anamın bir anlıq kəsilən nəfəsiydi,

deyəsən,

atam möhkəm qucaqlamışdı onu bu dəfə...

yuxulara inanıb yatdım

o gecə səhərə kimi yuxumda atamı gözlədim...

Bu bəstəboy dünyanın bircə yuxusundan qorxuram. Eləşirin yatır ki, zəhərə qalsın bu şirinlik. Gecə tez yatmağın daşını atamdansonra atmışam. Elə bilirəm, Əzrayıl bizi güdür, bir amana bənddir ki, gəlibyapışsın yaxamızdan. Tez-tez oyanıram ki, anam nəfəs alır, ya yox?! Bəzənnəfəsini o qədər həfif və səssiz alar ki, qorxaram, yaşayırmı? Bəzən bərkdənöskürərəm, diksindisə, oyandısa, sevinərəm. Çox əclaf qorxudur. Elə bil ki,səhər harasa gedəcəksən, gecikməyəsən deyə durub tez-tez saata baxırsan. Çoxəclaf cümlədir, içini yeyir hər gün -"Hə, nəfəs alır, sağdır!”.

Onun üçün yollar qorxuludur

Hər səhər işə gedəndə üzümdən öpür, arxamca su atır,deyir ki, işə çatanda zəng elə. Sonra günorta naharında zəng vurub yeməkyediyimi soruşur. Bir də görürsən, evə gecikirəm. Qayıdır ki, bir də getsən, nəvaxt gələrsən? Bax, onda başa düşürəm,mamaqorxur, qorxur ki, atam kimi bir dəqayıtmaram.

Yenə onun doğumgününə qosqoca bir əliboşluqla hazırlaşıram. Hər dəfə daha geniş açır qucağını,hər dəfə daha möhkəm qucaqlayır. Sevinirik ki, ikimizin də qucağı boş qayıtmırbir-birimizdən. Amma nə gözəl olardı doğum günündə onu ən çox görmək istədiyibir yerə aparmaq, ən sevdiyi geyimi almaq. Lap elə Bulvardakı"Mirvari" restoranına... orada ailəvi xatirələrimiz yatır. Hər yayatam tez-tez bizi ora aparardı. Hər yay dəniz havası bizə qəribə bir aclıq gətirərdi.Pişiklər dadanardı masamızın yanına. Onlar da bizimlə birgə doyardı. Çox vaxtda tək getməzdik. Ya xalamgil, ya qonşumuzdan kimisə qonaq edərdik. İndi atamınadət-ənənəsini davam etdirə bilmirəm. Anam nə görübsə, nə yaşayıbsa elə atamdünyasını dəyişənə kimi görüb, yaşayıb. Necə ki, bir vaxtlar atamın möhkəmdurmağı üçün çalışırdı, indi də mənim üçün eynisi edir. İşlə bağlı əsəbilərim gəriləndə,yumruğa düyünlənən barmaqlarımı açır, üzümə sığal çəkib qıcıtdığım dişlərimisakitləşdirir, "səbr elə, bundan yaxşı olacaq hər şey" deyir. Və məniincidən ən əsas şey, anam hələ də məni özünə ən gözəl hədiyyə bilir

Çox yaşa mənim bəstəboy dünyam!


TƏQVİM / ARXİV