adalet.az header logo
  • Bakı 18°C
08 May 2018 12:27
8027
HADİSƏ
A- A+

6 nəfərin öldüyü qəza ilə bağlı rəsmi məlumat

Daxili İşlər Nazirliyi (DİN) Sabirabadda 6 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı rəsmi məlumat yayıb.

Adalet.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, mayın 7-də saat 9 radələrində Sabirabad rayonunun Şəhriyar kəndindəki pambıq sahəsinə işləməyə gedən kənd sakini Əjdər İmanovun idarə etdiyi "Belarus-892” markalı traktorun qoşqusu ayrılaraq Şorsu kanalının kollektoruna aşıb. Nəticədə qoşquda olan arvadı Məlahət İmanova, qohumları Günay Qasımova, Xəyalə Həsənova, Elnarə Məlikova, onun qızları Zəhra və Fatma suda boğulublar.

Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.