adalet.az header logo
  • Bakı 11°C
08 May 2018 10:39
9041
MƏMLƏKƏT
A- A+

Bakıdan İstanbula uçan təyyarə təcili geri qayıtdı

Bakı-İstanbul reysini yerinə yetirən təyyarə texniki səbəbdən geri qayıdıb.

Bu barədə Adalet.az-a "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətindən (AZAL) məlumat verilib.

Yerli vaxtla saat 08:59-da uçan AZAL-ın J2-075 Bakı (GYD) - İstanbul (IST) reysini yerin yetirən hava gəmisinin komandiri texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna geri dönmək qərarını qəbul edib.

Təyyarə Bakı hava limanında yerli vaxtla saat 09:33-də uğurlu eniş edib. Reysin sərnişinləri digər bir təyyarə ilə İstranbula yola salınacaqlar.

Reysinin statusu yeniləndikcə əlavə məlumat veriləcək. AZAL yaranan narahatlığa görə üzr istəyir.