adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
08 May 2018 10:35
11680
KRİMİNAL
A- A+

Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 124 cinayət faktı qeydə alınıb, onların da 19-u "isti izlər”lə açılıb.

DİN-in mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 23, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.