adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 May 2018 22:01
34482
LAYİHƏ
A- A+

QAX: İNKİŞAFIN VƏ MÜASİRLƏŞMƏNİN YENİ MƏRHƏLƏSİ

(əvvəli ötən sayımızda)

"Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan təlabatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 mart 2018-ci il tarixli 3781 nömrəli Sərəncamına uyğun olaraq cari ildə rayonun 13 yaşayış məntəqəsində artezian quyularının qazılması nəzərdə tutulmuşdur. Rüb ərzində rayonun Almalı, Oncallı, Qaratala və Cəlayir kəndlərində artezian quyuları qazılmışdır. Digər 9 yaşayış məntəqəsində də artezian quyularının qazılması üçün hazırda müvafiq işlər aparılır.
Hesabat dövründə yolların əsaslı təmiri və abadlıq işlərinin görülməsi ilə bağlı büdcədə nəzərdə tutulmuş vəsait hesabına Zərnə kəndinin giriş yolunun 1 km hissəsinə və şəhərin Ü.Hacıbəyov, İ.Qabulov, Ə.Cavad, S.Qazıyeva, M.Rahim, C.Məmmədquluzadə küçələrinə asfalt örtüyünün salınması nəzərdə tutulmuşdur. Həmçinin şəhərin İ.Qabulov, S.Qazıyeva, M.Rahim, C.Məmmədquluzadə, M.Maqomayev, Babək küçələrində və M.Müşviq küçəsi döngə 1-də abadlıq işlərinin görülməsi, eyni zamanda şəhərin 2 prospekt və 20 küçəsində hərəkət tənzimləyici xətlərin çəkilməsi, səki daşlarının (bordürlərin) rənglənməsi, taxta elementlərin laklanması, həmçinin Heydər Əliyev prospektinin giriş hissəsində səkilərdə tamet tavalarının təmiri nəzərdə tutulmuşdur. Hazırda görüləcək işlərlə bağlı sənədləşmə işləri aparılır.
Rayon üzrə qeyri-məşğul əhalinin ödənişli ictimai faydalı əmək fəaliyyətinə cəlb edilməsi məqsədi ilə şəhər ərazisində 14 ədəd çoxmənzilli kommunal yaşayış binasının bloklarında təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. Ötən müddət ərzində 6 ədəd çoxmənzilli binanın bloklarında təmir işlərinə başlanılmış, hazırda işlər davam etdirilir.
Hesabat dövründə Qıpçaq-Ağyazı avtomobil yolunun yenidən qurulmasına başlanılmışdır. Rüb ərzində İlisu kəndində 3 ulduzlu otelin və 65 yerlik otelin, Ağçay kəndində "Bergs" otelində yeni korpusun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon şöbəsinin inzibati binasının, Qaradolaq, Qarabaldır, Qapıçay və Əmircan kəndlərində modul tipli məktəblərin tikintisi və Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası işləri davam etdirilmişdir. Baydarlı kəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ Müharibəsi əlilinə fərdi yaşayış evinin tikintisində son tamamlama işləri aparılmışdır.
Rüb ərzində rayonda 13 ədəd fərdi yaşayış evi və 4 ədəd sahibkarlıq obyekti olmaqla, ümumilikdə 17 fərdi tikinti aparılmışdır.
Hesabat dövründə Dövlət İmtahan Mərkəzi tərəfindən rayonun ümumtəhsil məktəblərinin IX siniflərində buraxılış imtahanlarının birinci mərhələsi keçirilmiş, imtahanlarda 618 nəfər şagird iştirak etmişdir.
Şəki şəhərində keçirilən fənn olimpiadalarının yarımfinal turunda rayonun 47 nəfər şagirdi iştirak etmişdir. "Şahin" hərbi-idman oyunu üzrə rayon komandası zona yarışlarında iştirak etmək hüququ qazanmışdır.
Cari ilin birinci rübündə rayon Mərkəzi Xəstəxanasının 109 nəfər həkimi və 393 nəfər orta tibb işçisi əhaliyə xidmət göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ötən il olduğu kimi bu il də rayonda fevralın 12-dən əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır. Ötən müddət ərzində əhalinin 27962 nəfəri tibbi müayinədən keçmiş, onlardan 2894 nəfəri ambulator, 87 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 7 nəfəri isə Bakı şəhərinə müalicəyə göndərilmişdir.
Ötən müddət ərzində cərrahiyə şöbəsində 145 əməliyyat aparılmışdır ki, bunlardan 20-si təcili və təxirəsalınmaz əməliyyat olmuşdur. 4 nəfər həkim Həkimlərin Təkmilləşdirmə İnstitutunda, 16 nəfər orta tibb işçisi ixtisasartırma kursunda olmuş, 3 nəfər həkim və 10 nəfər orta tibb işçisi sertifikasiya komissiyasından keçmişdir.
Hesabat dövründə 58.5 min manatlıq dərman preparatları alınmış və rayonun bütün tibb müəssisələrinə qaimə əsasında bölüşdürülmüşdür. Güzəştli, imtiyazlı və aztəminatlı xəstələrə 31 min manatlıq dərman preparatları verilmişdir.
Hesabat dövründə Rayon Mədəniyyət və Turizm şöbəsi Baki şəhəri Dənizkənarı Milli Parkda keçirilən "Novruz" şənliklərində iştirak etmişdir. "Şərq bazarı" və "Milli mətbəx" bölməsində rayona məxsus mətbəx nümunələri, kənd təsərrüfatı məhsulları və tətbiqi sənət ustalarının əl işləri nümayiş olunmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində keçirilən "Novruz festivalında" Qaxingiloy kənd mədəniyyət evinin "İmedi" rəqs qrupu uğurla çıxış etmişdir.
Rüb ərzində mədəniyyət müəssisələrində tarixi günlər, bayramlar, yubileylər, sərgilər, konfranslar və dəyirmi masalar keçirilmiş, kompozisiyalar hazırlanmışdır.
Rayon Gənclər və İdman İdarəsi hesabat dövründə iş planına uyğun olaraq aidiyyəti qurumlarla əlaqələri daha da genişləndirərək rayonda bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirmişdir.
Hesabat dövründə Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsində "Sosial müavinətlər haqqında" Qanuna uyğun olaraq 38 nəfərə yaşa görə, 22 nəfərə əlilliyə görə, 12 nəfərə ailə başçısını itirməyinə görə və 11 nəfər sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşağa aylıq müavinət təyin olunmuşdur. Rüb ərzində uşağın doğulmasına görə 141 nəfərə, penitensiar xidmətdən azad olunan 7 nəfərə və dəfn üçün 5 nəfərə birdəfəlik müavinət verilmişdir.
"Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq rüb ərzində şöbədə yaşa görə 24 nəfərə, əlilliyə görə 18 nəfərə, ailə başçısını itirməyinə görə 2 nəfərə əmək pensiyası təyin olunmaqla ümumilikdə 44 nəfərə yeni pensiya təyin olunmuş 01 aprel 2018-ci il tarixə uçotda olan pensiyaçıların sayı 8474 nəfər olmaqla 1 nəfərə düşən orta aylıq pensiya məbləği 196.24 manat təşkil etmişdir.
Hesabat dövründə Qax Telekommunikasiya Qovşağı tərəfindən rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması məqsədi ilə 5 ədəd yeni internet avadanlığı quraşdırmışdır. Rüb ərzində rayon üzrə internet abunəçilərinin sayı 5681 nəfərə çatmışdır. Qovşaq tərəfindən Baydarlı kəndində 750 metr uzunluğunda kabel xətti yenisi ilə əvəz olunmuş, Qaxbaş, Turaclı, Tasmalı, Ləkit, İngiloy-Kötüklü, Lələli, Cəlayir və Əmbərçay kəndlərində rabitə xətlərində cari təmir işləri aparılmış və xətlər texniki normaya gətirilmişdir. Qovşaqda rüb ərzində tarif gəliri proqnozuna 110 faiz əməl olunaraq 326 min manat gəlir əldə edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 36 min manat çox olmuşdur. Hesabat dövründə 41 ədəd telefon çəkilmiş, ümümilikdə qovşağın montaj tutumu 11734 nömrə təşkil etmişdir.
Qax Elektrik Şəbəkəsi tərəfindən hesabat dövründə 4 ədəd transformator yarımstansiyası cari təmir olunmuş, 2 ədəd yeni ayrıcı quraşdırılmış, 63 ədəd 10 kV-luq, 90 ədəd 0,4 kV-luq dayaq dəyişdirilmişdir. Lələli kəndində yeni quraşdırılmış 160 kVA transformator sxemə qoşulmuş, Fıstıqlı kəndində 20 ədəd 10 kV-luq dəmir beton dayaq basdırılmışdır. Qaşqaçay kəndində 7 ədəd yeni 10 kV-luq dayaq basdırılmış və 450 metr uzunluğunda yeni xətt çəkilmişdir. Əlibəyli kəndində 10 və 0,4 kV-luq şəbəkənin yenidənqurulması işləri çərçivəsində 14 ədəd yeni 10 kV-luq, 98 ədəd yeni 0,4 kV-luq metal boru dayaq basdırılmış, 375 metr uzunluğunda yeni kabel xətti çəkilmiş, işlər hazırda davam edilir. Yeni 35/10kV-luq "İlisu" yarımstansiyası istifadəyə verilmişdir.
Hesabat dövründə Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qax sahəsi tərəfindən qaz itkilərinin, qaz xətlərinə qanunsuz qoşulma və müdaxilə hallarının qarşısının alınması üçün qaz sayğaclarının əvəzlənməsi, küçə xətlərinə çıxarılması işi davam etdirilərək 23 ədəd qaz sayğacı yenisi ilə əvəzlənmiş, 2 ədəd smartkart tipli sayğac quraşdırılmışdır. Müddət ərzində 33 mənzilə qaz çəkilişi aparılmışdır. Rüb ərzində rayon üzrə 15611 ev təsərrüfatından 9812 təsərrüfat təbii qazdan istifadə etmişdir ki, bu da rayonun ev təsərrüfatlarının 62.8 faizini təşkil etmişdir.
Qax Sukanal İdarəsi tərəfindən hesabat dövründə 5501 abonent olmaqla 13853 nəfər içməli su ilə təmin olunmuşdur. İdarə tərəfindən xidmət göstərilməsi məqsədilə 14 büdcə, 18 respublika, 130 kommersiya və 35 sənaye təşkilatı ilə müqavilə bağlanılmışdır. Rüb ərzində idarə tərəfindən 126 ədəd su sayğacı quraşdırılmaqla rayon üzrə quraşdırılmış su sayğaclarının ümumi sayı 4625-ə çatdırılmışdır.
Birinci rübün yekunları və qarşıda duran vəzifələrlə bağlı məruzə və çıxışlarda bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı proqram xarakterli çıxışından irəli gələn vəzifələri yerinə yetirmək üçün rayonun bütün potensial imkanları səfərbər edilərək 2018-ci il uğurla başa vurulacaqdır.