adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
07 May 2018 17:50
9564
HADİSƏ
A- A+

Polis parkda tapılan danışığı qüsurlu şəxsin yaxınlarını axtarır - FOTO

Bu gün Səbail rayonu ərazisindəki M.F.Axundov adına parkda bir nəfərin köməksiz vəziyyətdə olması barədə vətəndaşlar polisə məlumat veriblər.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, həmin şəxs polis əməkdaşları tərəfindən 9-cu Polis Bölməsinə gətirilib. Danışığı qüsurlu olduğu və heç nəyi xatırlamadığı üçün o, özü və yaxınları haqqında məlumat verə bilməyib.

Polis Bölməsində ona ilkin tibbi yardım göstərlib və F.Əfəndiyev adına 2 saylı Kliniki Xəstəxanaya yerləşdirilib.

Şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, 437-02-02 (Səbail RPİ) və 492-02-02 (9-cu PB) nömrələrinə zəng vurmaları xahiş olunur.