adalet.az header logo
  • Bakı 20°C
07 May 2018 17:54
21686
ŞOU-BİZNES
A- A+

PFL rumıniyalı müğənnini Qəbələyə neçəyə gətirir?

Rumıniyalı müğənni Seeyanın Azərbaycan kubokunun final oyunundan əvvəl təşkil olunacaq konsert üçün alacağı təqribi qonorar müəyyənləşib.

"Papito" mahnısı ilə məhşurlaşan müğənniyə 1 saatlıq konsert proqramı üçün ödəniləcək məbləğin 3 min avrodan (6 min manat) çox olmadığı güman edilir. Çünki Seeya ölkə xaricində çıxış etmək üçün minimum 3 min avro tələb edir.

Qeyd edək ki, kubokun finalında "Keşlə" və "Qəbələ" komandaları qarşılaşacaqlar. Oyun mayın 28-si, saat 20:00-da Qəbələdə keçiriləcək.(qol.az)