adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 May 2018 17:05
13931
ŞOU-BİZNES
A- A+

"Rəhbərlik məni uzaqlaşdırdı" - "Lider"dən çıxarılan aparıcı

Xəbər verdiyimiz kimi, aparıcı Könül Yusifqızı "Lider"dəki verilişindən uzaqlaşdırılıb.

Axşam.az-a açıqlama verən Könül bildirib ki, bu qərar telekanalın rəhbərliyi tərəfindən verilib:

"Bəli, rəhbərlik məni efirdən uzaqlaşdırdı. Buna səbəb isə yeni layihə oldu. Yaxın günlərdə tamaşaçılar məni başqa layihə ilə görəcəklər".

K.Yusifqızı proqramda işlətdiyi ifadələrin sosial şəbəkədə tənqid olunmasına münasibət bildirib:

"Efirdə heç bir qeyri-etik ifadə işlətməmişəm. İstəmədən nəsə sözlər olubsa və bunu yozulubsa,onların öz problemidir. Bizim veriliş +18 gecə şousu idi. Ona görə də hər şey dərəcəsində edilirdi".

Aparıcı geyimlərinin açıq-saçıq olduğunu deyənlərə də cavab verib:

"Geyimlərimə gəldikdə isə, başqa aparıcılar nələr geyinirlər. Amma əcəb də edirlər, çünki gündəm nədir bilirlər".