adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 May 2018 15:44
7714
İDMAN
A- A+

Federasiya Fatih Terimə təzminat ödəyəcək

"Qalatasaray”ın baş məşqçisi Fatih Terimlə Türkiyə Futbol Federasiyasının (TFF) məhkəməsində yekun qərar verilib.

Adalet.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, məhkəmə 65 yaşlı mütəxəssisin TFF-yə qarşı təzminat tələbini təmin edib. Federasiyanın T.Terimə 9 milyon 324 lirə təzminat ödəməsi hökmü çıxarılıb.

Qeyd edək ki, ötən il iyulun 26-da TFF millinin baş məşqçisi olan F.Terimlə müqaviləni birtərəfli ləğv etmişdi. Bundan sonra Terim məhkəməyə müraciət edərək TFF-dən bir illik maaşını – 3.5 milyon avro tələb etmişdi.