adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 May 2018 15:42
9341
SİYASƏT
A- A+

XİN Avropa ilə vizaların sadələşdirilməsini istəyir

"Avropa İttifaqı ölkələri ilə vizaların sadələşdirilməsi vacib məsələdir”.

Bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Nazir müavini qeyd edib ki, vizaların sadələşdirlməsi xalqların mobilliyinə töhvə verəcək. Hazırda isə bu istiqamətdə danışıqlar aparılır:

"Vizaların sadələşdirilməsi vətəndaşlarımıza xeyir gətirəcək. Sosial, iqtisadi və digər məsələlərdə xalqlarımız daha da yaxınlaşacaq”.