adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 May 2018 15:35
10440
SİYASƏT
A- A+

Tunis prezidenti İlham Əliyevi təbrik etdi

Tunis Respublikasının prezidenti Beji Kaid əs-Sebsi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Adalet.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Zati-aliləri,

Yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Tunis xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Zati-aliləri, qardaş Azərbaycan Respublikasının davamlı inkişafı və xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini qardaş xalqlarımızın ortaq maraqları naminə daha da möhkəmləndirmək istiqamətində Sizinlə birgə işləmək niyyətində olduğumu bildirirəm”.