adalet.az header logo
  • Bakı 13°C
07 May 2018 14:11
35960
GÜNDƏM
A- A+

Radikalizm təhlükəsi

Bu gün dünyada baş verən terror aktlarının və kütləvi insan qətliamlarının səbəbi kimi İslam dini və onun nümayəndələri göstərilir.Bu da səbəbsiz deyil.Ortaya çıxan radikal qruplaşmalar da İslam adına cəhd etdiklərini və bu terrorları məhz İslamın qələbəsi üçün etdiklərini iddia edirlər.Çox təssüf ki,İslamın mahiyyətindən Quranın özündən xəbəri olmayan kütlə bu qrupların təsirinə asanlıqla düşür.

Çünki insan inancı və Allaha sevgisi olmadan yaşaya bilməz. Allaha yaxınlaşmaq məqsədilə araşdırma aparan gənc ilk əvvəl belə qruplarla rastlaşsa tezliklə onların toruna düşə bilər. Nəticədə yanlış istiqamətləndirilmiş şüur cəmiyyətə,vətənə,xalqa,dövlətçiliyə qarşı real təhlükəyə çevrilə bilər.Halbuki həmin gənclər vaxtında düzgün məlumatlarla, yəni Quran əxlaqı ilə tanış olsa xalqımıza layiqli övlad,vətənimizə,dövlətçiliyimizə xeyirli,faydalı vətəndaş ola bilərlər.Düşünürəm ki,bu problemin həlli üçün qüvvələrimizi səfərbər edib elmi şəkildə mübarizə aparmalıyıq. Ən yaxşı həll yolu isə İslamın terror dini olmadığını, əksinə terroru lənətlədiyini,İslamın sevgi dini olduğunu, İslamda birlik, bərabərlik, qardaşlıq kimi üstün dəyərlərin ön planda tutulduğunu, bir sözlə, İslamın əsl mahiyyətini anlatmaq, maarifləndirməkdir. Bu barədə cənab prezident İlham Əliyevin 2017-ci ili " İslam Həmrəyliyi” ili elan etməsi hər bir ölkə başçısına nümunədir.

Düşünürəm ki, biz radikalizm təhlükəsindən insanları bu yolla xilas edə bilərik.

Ulu Öndər Heydər Əliyev : "Bir hadisənin qarşısını almaq, o hadisə baş verdikdən sonra nəticələrini aradan götürməkdən yaxşıdır.”- deyirdi.

Ümummilli liderin bu dahi kəlamını əsas tutaraq bəşəriyyətin amansız düşməni radikalizmə qarşı qabaqlayıcı tədbir olaraq maarifləndirici layihələr hazırlanmalı və həyata keçirilməlidir. Ulu Öndər özü də İslamın gözəl bilicisiydi və İslamın mahiyyətindən

xəbərdar dahi şəxsiyyət idi.Məhz bu səbəbdən bir sözündə Quran haqqında belə gözəl fikirlər söyləyir "Qurani -şərifin bizə verdiyi tövsiyələr,dərs,göstərdiyi yollar paklığa,düzlüyə,doğruluğa dəvət edən tələblərdir,tövsiyələrdir.”

Mən inanıram ki,bəşəriyyətin ağır bəlası radikalizmin amansız təhlükələrinə qarşı dövlətçiliyimizi,müstəqilliyimizi qorumaq üçün birlik olacağıq.