adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 May 2018 13:57
8005
SAĞLAMLIQ
A- A+

Azərbaycanda daha bir reabilitasiya mərkəzi fəaliyyətə başladı

Ağcabədi rayonunda Qarabağ Autizm Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb.

Autizmlilər İdman Klubu İctimai Birliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, reabilitasiya mərkəzində autizmlilərlə yanaşı, daun və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclər də yaradılmış xidmətlərdən yararlanacaqlar.

Yeni yaranmış Qarabağ Autizm Reabilitasiya Mərkəzinin rəhbəri Günay Namazovadır.