ANA SƏHİFƏ / MÜSAHİBƏ

Jan Valjan "Ədalət"də - MÜSAHİBƏ

22989    |   2018-05-08 10:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın tanınmış aktyorlarından Faiq Mirzəyevlə onun yeni çəkildiyi, adını gizli saxladığı filmdən söhbət etdik. O, dünya ədəbiyyatının böyük əsərlərindən biri olan "Səfillər”in ən mürəkkəb obrazı, qəhrəmanı Jan Valjan obrazını canlandırıb. Bu obraza film müstəvisində can verən xarici aktyorlar çox olub. Amma Azərbaycandan ilk dəfə bu obraza Faiq Mirzəyev həyat verib.

Adalet.az tanınmış aktyor Faiq Mirzəyevlə müsahibəni təqdim edir.


- Bu yaxınlarda Jan Valjan obrazını canlandırdınız. Dünya kinosunda bu cür obrazı məşhur akyorlar da canlandırıb. İlk dəfə Azərbaycanlı aktyor bu obraza can verdi. Bildiyimiz qədər filmin rejissoru koreyalı Vladimir Mundur. Belə bir təklif gözləyirdinizmi?

- Bu təklifi gözləmirdim. Bilirsiniz ki, Azərbaycanda belə əsərlərə müraciət olunması, dünya ədəbiyyatının klassik nümunələrinin ekranlaşdırılması hadisəsi olmayıb. Çəkmişik amma öz tarixi filmlərimiz olub. Sözün düzü, məni təəccübləndirən, filmin kastinqinə dəvət ediləndə, sınaq çəkilişləri oldu. Mənə iki obrazı oynamağı təklif etdilər. Biri Leonardo Da Vinçi, digəri isə Jan Valjan obrazı. Hər iki obraz da mənim üçün maraqlı idi. Ancaq ürəyimə daha yaxın idi deyə Jan Valjanı arzuladım. Çünki, ədəbiyyatı sevən, mütaliəni sevən bir adam kimi, orta məktəb illərindən "Səfillər”i oxumuşdum. Sonralar filminə baxmışam. Bu Jan Valjan nəsə ürəyimə, içimə kök salıb oturmuşdu. Həyatın hər bir anında, hər bir yerində bu situasiyada, bu məqamda –"Jan Valjan necə hərəkət edərdi”, -deyə öz-özümdən soruşardım. İndi belə gətirdi ki, mənim istədiyim kimi də oldu. Leonardo Da Vinçi yox Jan Valjan obrazını oynadım.

-İstehsal hansı ölkənindi?

- Azərbaycanın.

- Filmin adı necə idi?

- Hələ ki, açıqlamağa icazə yoxdur. Tamaşaçıları intizarda saxlayırlar.

- Niyə koreyalı rejissor?

- Mənim özüm üçün də sual altındadır. Çoxları bunu başa düşüb ki, bizdə "Səfillər” əsəri çəkilir, özü də xaricdə çəkilir. Koreyalı rejissorun Azərbaycanda çəkdiyi bu film bədii sənədli filmdi. Bizim bir həmvətənlimizin həyat və yaradıcılığından bəhs edən filmdi. Və bu ssenaridə göstərilib ki, həmin insan da sən demə, Jan Valjan kimi yaşamağa çalışırmış. Nə qədər doğrudur, gərçəkdir, bilmirəm. O, öz övladlarına, nəvələrinə də həmişə aşılayır ki, belə ədəbi personaj var. Çalışın onun kimi yaşayın, onun kimi xeyirxah olun, əməlləriniz onun kimi olsun.


-Film kinostudiyanındır?

- Xeyr, özəl işdir.

- Rejissorun filmə münasibəti necə idi?

- Sözün düzü, Azərbaycanda demək olar ki bu stilistika ilə ilk dəfə çəkilişdə rastlaşdım. Filmin bütün səhnələri yaşıl fonda, yəni xromakeydə çəkilib.

- Əsərin ən dinamik, ən mürəkkəb obrazıdı Jan Valjan. Film çəkilişlərində hansı çətinliklər yaşadınız?

- O mənada çətin idi ki, bu obrazı Jan Qaben, Jerar Depardye, Liam Nisno kimi əjdaha aktyorlar oynayıb. Dediyim kimi bu obraz mənim içimə hopub.

-Çəkilişlər neçə ay davam etdi?

-Ay olmadı, gün oldu. Çünki bu film başdan-ayağa "Səfillər” deyil. Orada Kozettayla olan səhnələrim çəkildi. Kozettanı xilas edib qaçıram. Yeri gəlmişkən demək istyəyirəm ki, hər bir filmin, hər bir ekran əsərinin uğurunun 99 faizi düzgün aktyor seçimindən asılı olur. Mən gördüm ki, koreyalı rejissor Mun bu işin mahir ustasıdır. Kozetta obrazını canlandıran qızı Qaxın hansısa ucqar kəndindən tapıb gətiriblər. Bizdə bu cür axtarışlar son dövürlərdə olmayıb. Çəkilişlərdə qıza fikir verdim, artıq məndə bir inam yarandı ki, işimiz tutacaq, alınacaq. Deməli rejissor bunu əvvəlcədən hiss edib. Elə bil, uşağın üzündə iztirablar, zülmlər əksini tapmışdı. Eynən əsərdəki kimi.

Bir də onu vurğulayım, mənim iş prinsipim elədi ki, ikinci, üçüncü, dördüncü, beşinci, otuzuncu dublları sevmirəm. Birinci, ikinci dubllarda alınırsa alınır. Sonrakı dubllar istəsən də birinci, ikinci dubulların effetkini vermir. Mən hazır gedirəm çəkilişə.


-"Addım”, "Yumurta”, "Qanlı Yanvar” kimi filmlərdə rol almısınız. Yeni çəkildiyiniz fim bu filmləri kölgədə qoyacaqmı?

- Mən həmişə tamaşaçıya inanıram. Son sözü həmişə o deyir. Əvvəlcədən heç nə deyə bilmərəm.

-Jan Valjan obrazının hansı cəhətləri sizə yaxındı ki, bu sizin rolunuzu daha da asanlaşdırır?

-Səfillər bəşəri, humanist əsərdi. Biz nə qədər çalışsaq da, istəsək də onun kimi olaq, o mübarizəyə qatlaşaq, o yükün altına girək, çətindir. Jan Valjanın qarşılaşdığı situasiyalardan biz keçməmişik. Şəxsən mən elə bir məqama düşsəm, onun kimi hərəkət edəcəm. Səfillər əsərinin məni ən tərpədən yerlərindən biri, əsərin əvvəlindəki Jan Valjanın rahibin evindən gümüş şamdanlar oğurlamağı, polis gələndə rahibin onu satmamasdır. Beləliklə Jan Valjanda vicdan hissi oyanır. Həmişə fikirləşirəm ki, bizim yolumuzun üstünə niyə elə rahiblər çıxmır. Bizi qəflət yuxusundan oyatsın, təkan versin. Mənim 53 yaşım var, amma hələ elə insanlar qabağıma çıxmayıb ki, mənə həyatda istiqamət versin. Orta məktəb illərindən başlayaraq parta yoldaşın, adını yaza bilməyən biri haralara ucaldı. Belə məqamda sınırsan. İdeal baxdığın müəllimin əksi olur. İlk dəfə sındığım orta məktəbdə olub. Ədəbiyyat müəllimimizə heyrətlə baxırdım. Ədəbiyyatı sevdiyimdən onun əsərlərin qəhrəmanlarından ürək dolusu, ağız dolusu danışmağı məni heyrətə gətirərdi. Günlərin birində isə görəndə ki, adını yaza bilməyən uşağa 5, mənə 4 yazıb, həmin an həyatdan, insanlardan qırıldım.


-Elə olubmu ki, sizə yox başqa biriniə rol veriblər və siz uğursuzluğa uğramısınız?

-Dəfələrlə. Çox olub. 

-Son olaraq film gözləyən tamaşaçılara hansı ürək sözlərinizi, deyirsiniz, hansı mesajı ötürürsüz?

-Siz sağolun ki, belə bir şərait yaratmısınız, sizin vasitənizlə tamaşaçılara sözümüzü demək imkanımız var. Bir ziyalı kimi, həmvətən kimi, aktyor kimi demək istəyirəm ki, bir az zövqlərini kökləsinlər, daha sanballı filmlər izləsinlər. Elə sizin qəzetin müxbirlərindən biri sual verdi ki, bizim filmlər niyə dünya arenasına çıxa bilmir? Vallah dünyaya bizim məhəllə söhbətləri maraqlı deyil. Bəşəri ideyalar, dünyanı maraqlandıran mövzularla dünya arenasına çıxmaq olar. Vladimir Mun bizim aktyorlara valeh olub. Filmin çəkilişində bir dənə də "bezdarnı” aktyor görmədim. Hər biri ilə nəsə eləmək olar. Dünya miqyaslı aktyorlarınız var deyir.


Söhbətləşdi: Oğuz Ayvaz








İmza:

Azərbaycanda şair olmaq çox gülməlidir - MÜSAHİBƏ

QƏLBİNDƏ PEŞMANÇILIQ HİSSİNİ ÖLDÜRMÜŞ ADAM

Araz Əlizadə : “Xalq yazıçısı məni tənqid edəndə ağladım” - MÜSAHİBƏ

“AtaSığorta”dan “Petrollu Kasko” həmləsi - MÜSAHİBƏ

“Dini fikirlərimə görə maşınıma bomba qoymuşdular” - Elşad Miridən ŞOK MÜSAHİBƏ

Elşad Miri : "Azərbaycan dilində namaz qılmaq olar, amma..." - Müsahibə ANONS

"Hər xalqın Xudu Məmmədovu, Azad Mirzəcanzadəsi olmur" - Filologiya elmləri doktoru

Roman yazmaq üçün universiteti atan yazıçı danışdı: “O, çox əclaf adamdır”

"BÜTÜN GÜNAHLARI YOL POLİSİNİN ÜSTÜNƏ ATMAQ ƏDALƏTSİZLİKDİ"

İnternatda əqli qüsurlu uşaqlarla birgə böyüyən "moyşik"lə söhbət

Məni 150 min adam tanıyır... - Aqşin Evrənlə MÜSAHİBƏ

"Elçibəyə ən böyük xəyanəti Əli Kərimli etdi" - Elman Türkoğlu ilə müsahibə

SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK