adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 May 2018 11:49
15224
DÜNYA
A- A+

Ərdoğan Türkiyənin Suriyadakı əməliyyatının müddətini açıqladı

Türkiyə ordusu təhlükəsizlik təmin olunana qədər Suriyanın Afrin şəhərində qalacaq.

Adalet.az-ın "Hürriyet”ə istinadən xəbərinə görə, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan seçicilərlə görüşündəbəyan edib.

O əlavə edib ki, növbədə İdlib, Mənbic və Tel-Rifatdır.

Türkiyə prezidentinin sözlərinə əsasən, "Zeytun budağı” əməliyyatı çox gec başlayıb.

"Biz daha tez başlamalı idik. Əgər bunu vaxtında etsəydik, Kilis (Türkiyə vilayəti) belə çox hücumlara məruz qalmazdı”, - Ərdoğan izah edib.

Qeyd edək ki, Türkiyə yanvarın 20-dən Suriyanın Afrin bölgəsində kürd terrorçularına qarşı əməliyyat aparır.