adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 May 2018 09:34
14267
DÜNYA
A- A+

Mədinədə KİLSƏ TİKİLƏCƏK - Kralla Papa RAZILAŞDI

Səudiyyə Ərəbistanı ilə Vatikan arasında bu yaxınlarda imzalanan əməkdaşlıq müqaviləsinin detalları bu gün mediaya açıqlanıb.

Adalet.az xəbər verir ki, Səudiyyə Ərəbistanda keçən ay Vatikanın "Dinlərarası Dialoqun"da imzalanan əməkdaşlıq müqaviləsinə görə, Vatikan rəsmiləri Həzrət Məhəmməd Peyğəmbərin qəbrinin yerləşdiyi Mədinə şəhərində kilsə inşa etdirəcək.

Kilsənin Mədinənin hansı hissəsində inşa ediləcəyinə dair rəsmi açıqlama verilməyib.

Görüş zamanı Fransız Kardinal Jan-Lui Tauran məsələ ilə bağlı danışarkən bildirib ki, Səudiyyə Ərəbistanı səfəri zamanı Kral Salman bin Əbdüləziz ilə görüşüb:

"Səfər zamanı, məktəblərdə müsəlman və qeyri-müsəlmanlarla görüşdük. Burada xristianların ikinci təbəqədən bir insan kimi qəbul edilmədiklərinin şahidi oldum. İnsanlara yanaşma tərzindən məmnun qaldım. Kralla razılığa gəldik ki, burada kilsənin tikilməsi ölkəyə yeni bir imic qazandırmağa kömək edəcək".(publika.az)