adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 May 2018 16:26
11932
SİYASƏT
A- A+

Milli Məclis xüsusi iclas keçirəcək - TƏFƏRRÜATLAR

Mayın 10-da Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar Milli Məclisin xüsusi iclası keçiriləcək.

Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə açıqlama verib.

Deputat bildirib ki, Milli Məclis mayın 10-dakı xüsusi iclasda ulu öndər Heydər Əliyevə olan ehtiramını ortaya qoyacaq.

"Heydər Əliyev Azərbaycanın tarixində böyük bir keyfiyyət dəyişikliyi etmiş tarixi şəxsiyyətdir. Onun I və II siyasi hakimiyyəti dövründə Azərbaycan keyfiyyətcə dəyişib. Ölkəmizdə bütün sahələrdə böyük irəliləyişlər olub. Müstəqil Azərbaycanın əsası qoyulub. Cəmiyyətimiz və dövlətimiz üçün böyük işlər görmüş bu şəxsiyyətə parlament öz ehtiramını nümayiş etdirmək əzmindədir”.

Aydız Mirzəzadə qeyd edib ki, xüsusi iclasda parlament praktikasına görə , yəqin ki, qərar qəbul ediləcək.

"Bi isə xüsusi iclasda formalaşan komissiyanın tərtib etdiyi layihədən asılı olacaq. Bir qayda olaraq, komissiya parlamentin ümumi fikrini ortaya qoyan sənəd hazırlayır”.(modern.az)