adalet.az header logo
  • Bakı 13°C
05 May 2018 13:32
14336
DÜNYA
A- A+

Bu il Rusiyadan 11 min əcnəbi çıxarılıb

2018-ci ilin əvvəlindən Rusiya ərazisindən təxminən 11 min xarici vətəndaş çıxarılıb.

Adalet.az "TASS”-a istinadən xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Qeyd olunub ki, 2018-ci ilin birinci rübündə Rusiya Federasiyasının ərazisindən 10,98 min xarici vətəndaş inzibati qaydada çıxarılıb.

Eyni zamanda cari ilin birinci rübündə Rusiyaya 1,4 əmək miqrantı gəlib. Bu isə ötən ilin analoji dövrünün göstəricisindən 6,2% azdır.(azvision.az)