adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 May 2018 11:19
21920
ŞOU-BİZNES
A- A+

“Utanıram, yalvarıram yazmayın” - Damla

"ARB Ulduz"un"Virtual həyat"proqramının növbəti qonağı məşhur müğənniDamlaolub.

Damla sosial şəbəkələrdə çox tez-tez gündəm mövzusuna çevrilməsindən bəhs edib:

"Yoruluram, bəzən bezirəm. "İnstagram"a girib baxıram və utanıram. Deyirəm ki, haqqımda bu qədər xəbər paylaşmayın! Çox sıxılıram. İnsanları çox bezdirirlər. Saytlara zəng edib xahiş edirəm ki, onsuz da, gerçəkləri yazmırsız, onsuz da, doğru-dürüst məlumat vermirsiz, insanları niyə məndən diksindirirsiz? Bu, məni sevindirmir ki, 24 saat məndən danışırlar. Əksinə, bu, məni sıxır. Bəzən həddi çox aşırlar".

Görüntülü müsahibə vermək məcburiyyətində qaldığını etiraf edən müğənnionun söylədiklərini bəzəyib tamaşaçının önünə qızıl sinidə gətirənlərdən şikayətləndi:

"Elə sənətçilər var ki, xahiş edirlər ki, onlardan yazsınlar.Ancaq mən and olsun ki, yalvarıram, yazmayın. Yazılı müsahibələrə güvənmirəm. Deyirəm ki, gəlin görüntülü müsahibə alın və ağzımdan çıxan kəlmələri göstərin. Dil ilə dediyim müsahibələri o qədər bəzəyib-düzəyib təqdim edirlər ki".

Damla ilə olan geniş müsahibəni bu bazar saat 13-də"Şou məkan"verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.(milli.az)