adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 May 2018 11:00
18991
İQTİSADİYYAT
A- A+

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il aprelin 1-nə 1 710,2 mln. manat təşkil edib.

Adalet.az xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,55% çoxdur.

İlin əvvəlinə nisbətən problemli kreditlər 5,13%, ötən il aprelin 1-nə nisbətən isə 7,54% artıb.

Martın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,7% təşkil edib. Bu nisbət fevralın sonuna 14,7%, ötən ilin sonuna 13,8%, ötən il martın sonuna isə 10,2% təşkil edib.