adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 May 2018 15:39
13183
ELM VƏ TƏHSİL
A- A+

ADU-da beynəlxalq konfransın bağlanış mərasimi keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) ulu öndər Heydər Əliyevə həsr olunmuş "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfransın bağlanış mərasimi keçirilib.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilər Şurasının sədri akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycan multikulturalizmi sahəsində gördüyü işlərin təbliğ edilməsi, ulu öndərin nəcib siyasətinin daha dərindən öyrənilməsi məqsədilə keçirilən konfransın xairici ölkələrdə, eyni zamanda ADU-da baş tutan bölmə iclasları çox yüksək səviyyədə keçib.

Tədbirdə iştirak edən xarici universitetlərin rektorları, nümayəndələri konfransın bölmə iclasları ilə bağlı yekun təqdimatla çıxış ediblər. Bildirilib ki, Ulu öndərə həsr olunmuş mötəbər konfrans çox yüksək səviyyədə keçib və bu tədbir multikulturalizm sahəsinə göstərilən töhfələrdən biri sayıla bilər.

Qeyd edək ki, Azərbaycan Dillər Universiteti konfransı Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə keçirib. "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.