adalet.az header logo
  • Bakı 20°C
04 May 2018 15:35
15561
ƏDƏBİYYAT
A- A+

Tərcümə olunan əsərlərin dili çox bərbad vəziyyətdədi...

Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim "söz” haqqında anlayışımıza yeni bir məna gətirir. "Söz adamı” layihəsinin növbəti qonağı şair Səhər Əhməddir.

- Söz adamları kimlərdi və onların cəmiyyətdə rolu nələrdən ibarətdir?

- Söz adamları düşüncəni sözə çevirə bilən kəslərdi, əslində düşünməyi hamı bacarır, dərindən düşünməyi isə çoxları, amma bunu ifadə eləməyi,sözə, yazıya, əsərə çevirməyi bacaranlar azdı.Elə adamalar var ki, çox gözəl həmsöhbətdilər, çox maraqlı danışırlar, amma yazanda çox bəsit alınır. Özünü ifadə etmək bacarığı xoşbəxtlikdi, əslində. Ona görə də söz adamları çoxlarını düşündürən həqiqətləri sözə çevirən adamlardı və məhz bu baxımdan missiyaları böyükdü.

- İstedad və zəhmətin yaradıcı insanda faiz göstəriciləri necədi?

- Məncə, daha çox istadad, mən deyərdim lap çox, səksən faiz.İstedadsız zəhmətkeş yaxşı yazar ola bilməz, amma istedadlı tənbəl yaxşı yazar olar.Təbii ki, hər ikisi olsa, daha yaxşıdı.

- Adətən nəzmdən nəsrə keçidi daha asan yol hesab edirlər... Bu haqda nə düşünürsünüz?

- Çünki mürəkkəbdən sadəyə keçid həmişə asandı, nəsrdən fərqli olaraq, nəzm yazarı daha çox yonur, rəndələyir, bədiiliyə daha çox kökləyir. Ona görə də artıq nəsrə keçəndəsözlər daha sözəbaxan , daha çevik olur. Amma orası da var ki, şair nəsr yazanda daha çox gözəlliklə oynayır,onunçün də süjet qurmaq, romançılıq bir az çətindi.

- Bəzən şeirlərdə ovqat yaratmaq üçün işlədilən təşbehlər oxucular tərəfindən birmənalı qarşılanmır. Şairin öz üslubu və xətti necə müəyyyən olunr?

- Əsas vacib olan deyiləcək fikirdi. Həqiqətən istedadla deyilmiş, və gerçək olan fikri və yaxud hissi hansı şəkildəifadə eləsən, o qəbul olunacaq. Oxucu az şey axtarır, həqiqət, səmimiyyət və təbii ki bədiilik, yəni bunların ustalıqla ifadəsi. Forma, xətt, üslub, deyim tərzi, bütün bunların eləbir fərqi yoxdu. Olsaydı, ədəbiyyatda heç bir yeni janr, cərəyan filan yaranmazdı.

- Hansı zamanı və yaxud məkanı özünüz üçün yaradıcılıq baxımından əlverişli hesab edirsiniz?

- Tamamilə sərbəstəm bu baxımdan. Ancaq güclü daxili tələbat olanda yazıram. Yazmaya bilməyəndə. Nə vaxt və harda bu istəyə mane ola bilməsəm, yazmağa başlayıram. Yazmaq prosesi də maraqlıdı məndə. Həmin an əlimin altında klaviatura olmaya da bilər. Çox vaxt da olmur. Bu məsələdə hafizəmə borcluyam. Məni düçündürən ya qəfil tərpədən şeyləri beynimdə süjetə salıram, sonra imkan olanda köcürürəm.Güclü yaddaşım var, mən nəinki şeirlərimi, hətta hekayə və povestlərimi demək olar, əzbər bilirəm.Hətta redaktəni də beynimdə edirəm. Yalnız bir dəfə, son dəfə hazıryazını köçürürəm. Bu yəqin ki, tənbəlliyin aşıladığı vərdişdi. Bir yaxşı cəhət də odu ki, düşünmək üçün də mənə əlverişli şərait, sakitlik filan lazım olmur. Qələbəlikdə də, başqa işlə məşğul olanda da yazı düşünə bilirəm.

- Müasir ədəbi mühitdə sizi narahat edən məsələlər...

- O qədər çoxdu ki,hansından başlamaq da məsələdi. Amma mən ədəbiyyatın, yəni böyük mənada ədəbiyyatın hansısa mühitə, zamana sığdırmağın əleyhinəyəm. Ədəbiyyat ayrı-ayrı xalqlara, ayrı-ayrı əsrlərə aid ayrı-ayrı əsərlər və yazıçılardı.Bu mövqedən baxanda ədəbi mühit ifadəsi o qədər cılız görünür ki. Unutmuşam, kimin sözüdü, yaxşı əsər oxumaq keçmişin ağıllı adamlarıyla söhbət etməkdi. Yəni, mənə ağıllı adamla söhbət etmək lazımdısa, onu mütləq öz ədəbi mühitimizdən tapmaq zorunda deyiləm. O, Axundzadə də ola bilər, Rembo da, C.Oruel də.

- Ədəbi tənqidimizin bu günku durumunu necə qiymətləndirirsiniz?

- Meyar, türkün sözü sıfırın altında...

- Tərcümə sahəsində hansı çatışmayan cəhətləri müşahidə edirsiniz?

- Tərcümə olunan əsərlərin dili çox bərbad vəziyyətdədi, güclü redaktəyə ehtiyac var,oxumaq mümkün deyil. Çünki ucuz başa gəlsin deyə, professionallara müraciət olunmur. Təbii ki, istisnalar da var, amma azdı.

- "Görüşməyənədək” kitabınızda müxtəlif dövrlərdə yazdığınız şeirlər yer alıb. Niyə məhz "görüşməyənədək”?

- Bir şerimin adıdı, elə bir sətraltı mənası yoxdu...

- Şeirlərinizdə ümid xüsusi anlam kəsb edir. Ümidiniz sizi nə zamansa üzübmü?

- Hə, olur, mən bir az pessimist adamam, amma eyni zamanda həm də həyatsevər. Yəqin deyəcəksiz, bu necə olur, Səməd Qaraçöpün çox sevdiyim bir şeiri var:

Mən dərdi hamıdan yaxşı çəkirəm,

Yaxşı sevinirəm sevinc olanda...

- Dünya ədəbiyyatından oxumağa vacib bildiyiniz əsərlər...

-Bədii zövq də yaşla, təcrübəylə bağlı dəyişir, məsələn mən özümə vaxtilə dəli kimi oxuduğum əsərləri indi təzədən oxuda bilmərəm. Məsələn Dostoyevski,Tolstoy oxuyan Səhər o vaxtlar Bulqakovu belə sevə bilməzdi, indi Murakamini oxuyan Səhərə də təzədən Cek London, Mopassan, Hüqo oxutmaq olmaz.Ona görə də insanın həyatını dəyişəcək əsərlər də bir növ tale məsələsidi, sevgi kimi.Bu baxımdan hər hansı məsləhət düzgün diaqnoz olmaya da bilər.

- Çağdaş dövr ədəbiyyatımızdan kimləri oxuyursunuz?

- Demək olar, oxuyub qutarmışam onları. Təzə nəfəs gözləyirəm.

- Oxucularla hansı şeirinizi paylaşmaq istərdiniz?


Azdım ürəyimin küçələrində,

Yüyürüb üstümə qaçan olmadı.

Gəlib sevgimizin önündə durdum,

Döydüm qapısını, açan olmadı.


Tanış olduğumuz vaxtlara getdim,

Ziyarət eylədim əsrimizi də.

Nə doğma üzlər var, nə köhnə izlər,

Viranə qoyublar qəsrimizi də.


Burda quşdan azad bir hiss yaşardı,

Ordaarzuadlıqonşuvaridi.

Birvaxtdəli-dolubirqızyaşardı,

Görəsəndururmu o qarıindi.


Hələxatirələrilişib-qalıb,

Hərküncdə, bucaqda, tozuniçində.

Yenəkuləkyerəbirməktubsalıb,

Yenəgizlənmisənsözüniçində.


Bəlkə, buməktubadönüb o keçmiş,

Cırıbatmağa da yaramırindi.

Hələdəgozəldixəttindəadım,

Nəolsunağvərəqsaralıbindi.


Zəlzələmiolub, tufanmıqopub,

Sonunukimbeləyazıbbuömrün.

Bu evinyiyəsihayanagedib,

Dəyişibmiyolun, azıbmıömrün.


Gəzdimürəyiminküçələrində,

Uçuqqapılarıaçanolmadı.

Görənistədiyimnəydibirvaxtlar,

Bəs, niyəolmadı, haçanolmadı.


- Ədəbi qurumlara münasibətiniz...

- Birmənalı olaraq, mənasızdı mənimçün...


- Son olaraq "söz” haqqında sözünüz...

- Söz ən gözəl uşaqların oynadığı ən gözəl oyuncaqdı.


Söhbətləşdi: Tural Cəfərli