adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: QARA DAMĞA

ƏBÜLFƏT MƏDƏTOĞLU
55415 | 2018-05-04 14:23

Günü xoş ovqatlabaşlamaq və bu ovqatı da günün sonuna kimi özünlə, ətrafınla birgə daşıyıbbölüşmək bir az dərdi, bir az da ehtiyacları unutdurur adamlara.

Və sənə elə gəlirki, həyatın hər günü belə olarsa ömrün uzanar, günlərin bir-birinə sevinccalayar. Təbii ki, bu, illüziyadı. Amma onu da deyim ki, bəzən illüziya da ümid verir adama. Şəxsən mən bilgisayara diqtəetdiyim bu yazının ovqatını işə başlar-başlamaz telefonuma gələn zənginovqatıyla köklənib sonra o ovqatı yazıma köçürdüm. Həmin telefon zəngi də tələbəyoldaşımdan - Ağstafadan gəlmişdi. Bir gün öncə elektron şəbəkədə 1981-ci ilin,yəni tələbəliyimizin ilk kursunun şəkilləri paylaşılmışdı. O şəkillər bizi Azıxmağarasına, Tağlar mağarasına, Quruçay vadisinə, Qaraköpəktəpəyə aparmışdı. Vəbeləcə biz Azərbaycanın ən qədim bir dövrünün səyahətçisinə çevrilmişdik. Təbiiki, yaşanmış xatirələr təkrarlananda ömür ağacı sanki silkələnir. Və o silkələnməadamı bir anlıq da olsa özünə qaytarır - dünəninə, gəncliyinə. Mən də dəyərlidostum, tələbə yoldaşım Kamranın telefonzəngiylə 1981-ci ilə qayıtdım. Nə isə...

Bəli, bütünyazılarımda özümdən asılı olmadan ovqat məsələsini vurğulamağa, diqqətə təqdimetməyə bir növü adət etmişəm. Bilmirəm, bu, oxucularda hansı təsiri yaradır,amma əminəm ki, ovqat hər kəsə aid olan məsələdi. Mən də həmin ovqatın cizgiləriniyarpaq-yarpaq sapa düzürəm. Hər yarpağın xalı da, hətta üzərində görünən istənilənişartısı da özü-özlüyündə nəyisə deyir. O deyilənlər də sözə, fikrə çevriləndəşəxsən mən içimdə hansısa bir mövzunu müzakirə etmiş oluram, hansısa bir söhbətiniştirakçısına çevrilirəm. Bütün bunlar da o yerdə öz effektivliyini, öz gərəkliyinibüruzə verir ki, orada insan əyani iştirakçıya çevrilir və deməli, həmin anıyaşayan və yaşadan olur...

Bəli, bax,günün, saatın indiki məqamında mənim kökləndiyim ovqat müxtəlif təsirləri hissetsə də, müxtəlif işarələrə, impulslara məruz qalsa da, amma yenə bir gerçəkvar. O da günün başlanğıcıdı. Və təbii ki, başlanan gün sökülən dan yeriylə özaddımlarını atır. Dan yerinin qızartısı hardasa bir laləli çəməni, bir taxıl zəmisini,bir az da insanın bəbəklərini yadına salır - qan sızmış bəbəklərini.Axırıncı hamıya xoş gəlməyə bilər.Amma gözü yolda olan, fikri uzaqlarda gəzibdolaşan, ürəyi doğulduğu torpaq həsrətiylə çırpınan adamlar nə dediyimi başadüşərlər. Çünki mən bu günlərdə cəbhə xəttinin beş addımlığında onu bir dahahiss etdim. Gördüm ki, qaçqın qəsəbəsində yaşayan qohum-əqraba, doğmalarım mənimləsöhbət etsələr də, tez-tez Ərgünəşə tərəf baxırdılar və onların hamısınıngözünün dibində bir qızartı vardı. Və o qızartıdan ağlıma ilk gələn o oldu ki,bu qəsəbədə yaşayan sinif yoldaşlarımdan da artıq neçəsi dünyasını dəyişib.Onlarla mən Tuğ kənd orta məktəbinin 1-ci sinfinə 1966-cı ilin sentyar ayının1-də getmişdim. İndi isə...

Hə, ömür vəfasızdıdeyirlər. Əzrayıl da kəmfürsətdi söyləyirlər. Amma bütün bunların hamısı indiki anlamda mənimüçün sözdü, deyilmiş söz. Çünki ömrü verən də, Əzrayılı göndərən də məlumdu.Ona görə də nə ömrü qınamaq, nə də Əzrayılı ittiham etmək lazımdır. Sadəcə,verilmiş, ayrılmış ömür payını yaşamağa çalışmaq, onu necə deyərlər, evcik kimiqurmaq yox, ev kimi tikmək lazımdı. Hətta çiy kərpicdən olsa belə. Bax onda ləzzətli,mənalı olacaqdı ömür qarşılaşdığın pisliklərlə bir yerdə. Mən ona görə pislikləri xüsusi vurğulayıram ki, onlaryaxşıları, yaxşılıqları görmək üçün bir aynadı, bir güzgüdü. Yəqin ki, fikrimlərazılaşarsınız. Mən isə bütün bu dediklərimi sözə, şeirə çevirmək və özümə təsəllivermək niyyətindəyəm. Axı:


Dərdi bədbəxtetmişəm

Könlümə köçürəndən...

Ayağına getmişəm-

Könlümdən keçirəndən...


Baxmışam ki, yol dardı

Uçurumdu vəqardı...

Amma neçə dərdvardı -

Hamısı keçir məndən...


Ömrüm, özümönündə

Hansısa birdönümdə...

Sığınmağım könlündə-

Asılı köçür məndən!


Ondansevinc almaram

Alıbdərdə salmaram...

Gileylidə qalmaram -

Ümidikeçirəndən...


Deməli,bütün hallarda məndən keçənlər, mənə köçənlər, məni özünə və özünü mənə köçürənlərbir alın yazısıdı, bir yaşamdı və bir gerçəklikdi...

***

Adətənmay ayı gələndə bir qəribə hiss keçir içimdən. Bu qəribə hissin özünəməxsus tarixi var. Belə ki, Sovet dönəmindəmənim də yaşıdlarım may ayını daha çox "mayovka", yəni 1 May və bir də9 May parad-nümayişləri ilə yaddaşımıza yazmışdı. Bizim üçün hər iki gün demək olar ki, yaddaqalan, əlamətdaridi. Kənddə "mayovka"da bulaq başına gedərdik, tələbə vaxtı təbii ki,şəhərdəki nümayişlərin iştirakçısı olurduq. Və özümüz özümüz üçün fərqli ovqatyaradıb, fərqli bir gün yaşayırdıq...

Amma tale elə gətirdiki, may ayı mənim və elə millətin də yaddaşına bir qara damğa da vurdu. Bu qaradamğa Şuşanın işğalı ilə bağlı oldu. Ona görə də "mayovka" da, 9 mayQələbə günü də keçdi arxa plana. Sadəcə xatirə oldu. Və mən də həmin o xatirəniniçərisində itdim... batdım... əridim... və bir də onda gördüm ki, daha çoxŞuşasızlıq hakim kəsilib içimə. Elə həmin ovqatla da özümü yarımçıq, natamam durumda gördüm. Vəbir də gördüm ki, qələmi kağıza qonaq etmişəm. Yazmışam ki:


Ürək yanır,sızlayır

Qəm yaramıduzlayır...

Həsrətindənbuzlayır -

Yarı bülbül,yarı gül...


Xarı bülbül,xarı gül...

Silkələyir ahbizi

Tutubbir günah bizi...

Öldür,ay Allah bizi


Yarıbülbül, yarı gül...

Xarıbülbül, xarı gül...

Ömürqısa gün çatmır

Gedibona ün çatmır...


Gündüz,nə gecə yatmır

Yarıbülbül, yarı gül...

Xarıbülbül, xarı gül...

Gücübir yerə yığaq


Cıdırdüzünə çıxaq...

Səninüzünə çıxaq -

Yarıbülbül, yarı gül!

Xarıbülbül, xarı gül!


Bəli,indi Şuşanın başını duman alsa da, biz əlimizi qaşımızın üstünə qoyub arandanŞuşaya baxsaq da heç nə dəyişməyib. Şuşa yaddaşımızdakı kimi yerindəqalmaqdadı. Bütün informasiyalara, bütün yazılanlara, deyilənlərə baxmayaraq,Şuşa elə Şuşadı! Bizim sadəcə olaraq o Şuşaya tərəf gedəcək günümüz hələ ki bəllideyil. Bax, Şuşanın başının üstündəki duman əslində o günün güman olmasıdı.Düşünürəm ki, bu gümanın ömrü uzun çəkməz, gerçəyə çevrilər. Və biz də xatirələrdənreallığa çevrilən Şuşalı günlərin sırasını, sayını yaşamqda davam edərik. Ona qədərisə... Nə isə...

***

Hərdəndüşünürəm ki, yaradılan ovqat da, yaşanan gün də, deyilən söz də, yazılan fikirdə bizi, xüsusilə məni hara çəksə də, hara yönəltsə də yenə bir dairənin içərisindəfırlanan adam kimi yerimi dəyişməkdə gücsüzəm. Çünki bu dairənin içərisihardasa qapısız, pəncərəsiz dörd divarın içi kimidi. Sadəcə, göy üzü görünür vəmən də Tanrı bəndəsi olaraq ətəyindən yapışdığım buludların yağışa çevriləcəyini,ulduzların çiçəyə, gülə dönəcəyini xəyal edirəm. Və xəyalla yaşaya-yaşaya da hərdənuzaqlaşıram hamıdan, hər şeydən. O qədər uzaqlaşıram ki, bəzən özüm-özümə dətanış gəlmirəm. Onda nəfəsim daralır... onda ümidim tükənir... onda inamımazalır, onda mən kimliyimlə üz-üzə vuruşa çıxıram. Necə deyərlər, Allah kiməverə-verə. Təəssüf ki, həmişə uduzan da mən oluram. Və uduzacağım öncədən bəlliolduğundan onu sadəcə olaraq faciə yox, ağrı kimi yaşayıram. Axı, ağrı davamlıolur. Elə sənə yazdığım şeirdəki kimi.


Darıxma,ömründəki

Busızıltı bitəcək.

Yaddaşdamənlə bağlı

Hərnə varsa itəcək!..


Şuxluğunqayıdacaq,

Dincliyindönəcəkdi...

Səniizləyən kölgə -

İşıqtək sönəcəkdi!..


Təzələnəcəkçevrən

Gələcəktəzə adlar...

Sürprizolacaqdı -

Adlı-adsıztəzadlar...


Mənikimsə biləcək

Qurumtutmuş buxarı...

Ruhumsəni görəcək -

Qalxıbsəndən yuxarı!..


Bax,elə bu məqamın özündə sənin ağlından nə keçdi bilmirəm, mənim ürəyimdən də,ağlımdan da bu dünyanın əl boyda olmağı, bu dünyanın gecə-gündüzünün sərhədsizliyivə bir də yaşadığım hisslərin varlığıma hakim kəsilməsi. Bütünlüklə, necə deyərlər,çılpaqlığı ilə gəlib durdu önümdə. Baxdım, baxdım və anladım ki, bu dünya mənlikdeyil... Bu gecə-gündüz sərhədinin itməsi mənlik deyil... Bu yaşadığım hisslərintutumu, ölçüsü, onun verdikləri, yaşatdıqları da SƏNlik deyil! Ona görə də bumisraları yazmaya bilmirəm.


Kirpikləritumurcuqlu

Bəbəyileysanla dolan...

Mən- kədəri göz muncuqlu

Sinəsidə xal-xal olan -

yarpaq...


SənAllahın önündə lal

Mənduracam dizi üstə...

Qaçılmazdıbil ki, bu hal

Tutmayacaqbizi üstə -

torpaq...


Dünyaartıq gözümdə dar

Sulardemə durulubdu!

Ölümündə mələyi var,

Mənimüçün qurulubdu -

tor,bax!


***

Bəli,bu yazı ovqatdan daha çox son günlərimin, gerçək əhvalımın adda-buddagörüntüsüdü. Yəni elə anlarımın ifadəsidir ki, onu bütünlüklə yazmaq doğrudeyil. Heç bunu kiməsə danışmaq damümkün sayıla bilməz. Amma hissləri və bir də ayrı-ayrı məqamları rəngbərəngsap kimi bir-birinə calayanda göz oxşayır, hətta şit olsa belə. Bir də ki, mənindi oxucularımın çöhrəsində bir bahar əhval-ruhiyyəsi görmək, bir"mayovka" təəssüratının izlərini müşahidə etmək istəyirəm. Ona görə də sinəsi qara möhürlü may ayının birinciongünündə bu cür ovqatla, bu cür yazıyla yaşamağı bacarsam... Hə, qalanınıözünüz fikirləşin. Və bir də gəlin unutmayaq ki, ömrü verən Allahdı! Sadəcə, ömürlər və o qırılan ömürlərlə birlikdə xatirəyəçevrilən insanlar həm tarix, həm ruh olaraq yaddaşlarda yaşamağa haqq etsələr,zənnimcə, çox xoş olar. Axı, yaşayanlar yaşadanda dünyanın özü kimi hisslərin,duyğuların səltənəti də rəngarəng və mənalı olur. Hər halda, mən sizlərə rəngarəngdünyanın mənalı ömrünü arzu edirəm.


TƏQVİM / ARXİV