adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 May 2018 10:30
16271
MARAQLI
A- A+

Uçan maşınların istehsalına başlanıldı

Yaponiyada ilk dəfə olaraq uçan maşının sınaqları keçiriləcək.Modern.azxəbər verir ki, bu barədə "Sankei” qəzeti məlumat yayıb.

Sınaqların may ayında pilotsuz rejimdə Toyoda şəhərindəki Ayti prefekturasında kı poliqonda həyata keçiriləcəyi planlaşdırılır.

Uzunluğu 3,7 metr, hündürlüyü isə 1,5 metr olan avtomobil iki nəfər üçün nəzərdə tutulub. Avtomobilin dörd ədəd pəri var ki, bu da ona kvadrokopter kimi havada hərəkət etməyə imkan verir.

İstehsalçıların planlarına görə maşın havadan 10 metr yüksəklikdə 100 km/saat sürətlə hərəkət edə biləcək.

Avtomobilin istehsalını "Cartivator” şirkəti, "Toyota motors” ilə birgə aparır.

Yaponiya hakimiyyəti artıq bu cür maşınların istifadəsi üçün qanun layihəsinin hazırlanmasına start verib. Eyni zamanda Yaponiya bu sahəyə digər iş adamlarını da cəlb etmək niyyətindədir.