adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
04 May 2018 12:13
16389
ƏDƏBİYYAT
A- A+

Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcək

Nobel Ədəbiyyat Mükafatını verən İsveç Akademiyası sonuncu iclasında 2018-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcəyini bəyan edib.

Adalet.az xəbər verir ki, mükafatın təqdim olunmasının bu il təxirə salınmasının səbəbi İsveç Akademiyasının üzvlərindən birinin həyat yoldaşına qarşı irəli sürülən cinsi təcavüz ittihamı və mükafata namizədlər haqqında məlumatların sızdırılmasıdır.

Qeyd edək ki, Nobel Ədəbiyyat Mükafatını verən İsveç Akademiyasının daimi nümayəndəsi Sara Danius "sızıntı” və "təcavüz” qalmaqalından sonra istefa verib. Məlumata görə, akademiya nümayəndələrindən birinin - isveçli şair Katarina Frostensonun əri Jan Klod Arnault illərdir mükafata layiq görülən adları gizli şəkildə başqalarına ötürüb. Bununla o, 100 illik Nobel qaydalarını kobud şəkildə pozub.