ANA SƏHİFƏ / MÜSAHİBƏ

“Ruslar Ermənistanı satqın dövlət kimi qələmə verir” – Müsahibə

22098    |   2018-05-04 11:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Teleqraf.com-un suallarını Qərbi Kaspi Universitetinin dekanı, politoloq Ramiyə Məmmədova cavablandırıb. 

Adalet.az müsahibəni təqdim edir:

– Ramiyə xanım, bu günlərdə "Analitika Yuqa Rossii” agentliyinin "Yutub” kanalının yaydığı və Rusiya-Ermənistan münasibətlərini tamamilə fərqli prizmadan göstərən sənədli filmi şərh etməyinizi xahiş edirəm...

– Filmdə Rusiya müttəfiqləri tərəfindən satılan dövlət kimi göstərilir. Süjetdə qeyd olunur ki, hətta, Qazaxıstan da Rusiya ilə tərəfdaş olmasına baxmayaraq, onu BMT Baş Assambleyasında dəstəkləmədi. Bundan əlavə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında onunla strateji müttəfiq olduğunu bəyan edən heç bir dövlət "Skripal olayı”ndan sonra Rusiyayla həmrəylik nümayiş etdirib Qərb ölkələrindən olan diplomatların birini də ölkədən çıxarmadı. Halbuki, bir sıra Qərb ölkələri Britaniyaya dəstək məqsədilə çoxlu sayda rusiyalı diplomatı ölkədən çıxarmışdılar. Beləliklə, Rusiya burda müttəfiqləri tərəfindən satılan dövlət kimi təqdim olunur. Ancaq bu, heç də elə deyil. Rusiya özü çox gözəl bilir ki, onun MDB ölkələri ilə münasibətləri hansı səviyyədədir. Əlbəttə, bir sıra postsovet ölkəsi var ki, onlar Rusiyadan asılı vəziyyətdədirlər. Onlardan biri də Ermənistandır. Ermənistan bəzi postsovet ölkələrindən fərqli olaraq, Rusiyadan tamamilə asılı vəziyyətdədir. Ermənistanı yaradan və bu gün onun hər cəhətdən inkişafına dəstək verən Rusiyadır.

Azərbaycana gəldikdə isə, ölkəmiz çoxvektorlu, balanslaşdırılmış siyasət yürütdüyü üçün o, heç nəyə reaksiya vermir. Azərbaycan bütün dünya dövlətləri ilə normal münasibət saxlamağa çalışır. Ermənistan isə bir dövlətə işləyən dövlət deyil. O, iki stulda oturub bir neçə siyasət yürütməyə daha çox meyilli olduğu üçün bu gün təcavüzkar ölkədə məlum olaylar baş verir. Serj Sərkisyanın yürütdüyü siyasətin mahiyyətini artıq Ermənistan əhalisi də başa düşür. Ermənistanın bununla gələcəkdə heç nə əldə edə bilməyəcəyinə görə əhali baş qaldırıb.

Ermənistanın belə siyasət yürütməsində Rusiyanın da səhvləri var. Qaregin Njdeyə İrəvanda heykəl qoyulduğu zaman Rusiya öz etirazını bildirməli idi. Rusiya buna heç bir ciddi reaksiya vermədi. Eyni zamanda Serj Sərkisyan hökuməti Brüsseldə Avropa İttifaqı ilə müqavilə imzaladı. Bunlar Rusiyanın böyük səhvləridir. Rusiya bu gün bunun necə deyərlər, "bəhrə”sini görür. Ona görə də ruslar artıq Ermənistanı onları satan dövlət kimi qələmə verirlər. Daha Rusiyanın Ermənistana o dərəcədə inamı yoxdur. Bu yaxınlarda rus politoqlarından biri yazmışdı ki, Rusiya Cənubi Qafqazda Azərbaycana daha çox istinad edib, ona daha böyük önəm verməlidir. Bu da artıq Qarabağ münaqişəsinin həllində Azərbaycana daha çox yardım edə bilər.

– Yəni, hesab edirdiniz ki, ruslar artıq Ermənistanın iç üzünü tanımağa başlayıblar?

– Bəli, bunu tam əminliklə söyləmək mümkündür. Çünki ruslar ermənilərin artıq satqın bir toplum olduğunu və ermənilərin hər zaman onların maraqlarının cavab verən səmtə doğru yönəldiyini anlamağa başlayıblar. Ermənilərin tarixən bu cür davrandıqları üzə çıxır. Sadəcə, bu gün Ermənistan Qafqazı əldə saxlamaq üçün Rusiyaya lazım olan rıçaq idi. Həmin rıçaq artıq Rusiyanın əlindən çıxmağa başlayır. Daha çox avropalaşmaq istədiyi, Qərbə doğru getdiyi üçün artıq Rusiya heç nə edə bilmir. Burda kütlədən söhbət gedir. Rusiya kütlənin qarşısını almaq üçün ya Ermənistana ordu yeritməli, ya da seyrçi mövqedə qalmalıdır. Ruslar artıq başa düşür ki, burda Qərbləşmə gedir. Ermənistanda amerikayönümlü siyasət bir addım irəlilədiyi üçün Rusiya heç nə edə bilmir. Ordu yeritməyə gəldikdə isə Rusiya bunu da edə bilmir. Çünki bu, indi mümkün deyil. Belə bir cəhd Rusiyaya beynəlxalq miqyasda daha böyük problemlər yarada bilər. Ona görə də Rusiya proseslərə seyrçi qalıb.

– Filmdə digər mühüm bir məqam da var. Qeyd olunur ki, Ermənistanın Azərbaycan və Türkiyəni özünə düşmən etməsi Rusiya üçün də problemlər yaradır. Rusiya bu iki ölkə ilə tam geniş həcmdə əməkdaşlıq edə bilmir...

– Filmdə Ermənistanın hər zaman Rusiyadan Azərbaycanla, Türkiyə ilə yaxın münasibət qurmamağı xahiş etdiyi, bunu istəmədiyi qeyd olunur. Bildirilir ki, İrəvan bunu Azərbaycan və Türkiyənin Ermənistanın düşməni olması ilə əsaslandırır...

– Diqqət cəlb edən məsələlərdən biri də Rusiyadakı erməni lobbisi ilə bağlıdır...

– Erməni lobbisi dünyada mövcud olan ən güclü lobbilərdən biridir. Maliyyə cəhətdən də yaxşı pul buraxılan lobbilərdəndir. Bilirsiniz ki, Rusiya dövlətində də bu lobbi çox güclü işləyir. Bir çox ruslar da bu lobbiyə dəstək verir. Deməzdim ki, Rusiya dövləti bu lobbinin əsirinə çevrilib, amma artıq onunla bəzi məsələlərdə razılaşmalıdır. Rusiyanın Ermənistandan tələb etdiyi şeyləri İrəvan hər zaman həyata keçirib. Bunun qarşılığında Rusiya da Ermənistanın istəklərini yerinə yetirir.




İmza:

O, BÖYÜK AZƏRBAYCANÇILIĞIN TƏMSİLÇİSİDİR

Azay Quliyev: “Girovlarla bağlı ATƏT PA-nın komitə sədrindən cavab gözləyirəm”

Səməd Seyidov: “Rusca rusların özündən də yaxşı danışıram” - MÜSAHİBƏ

Borca görə adam döyənlər saxlanıldı

Qismət : “Yazıçının avara olmasına əsəbləşmişəm” - MÜSAHİBƏ

"Özümü tanıtmaq üçün təhqir olunmalıyam" - MÜSAHİBƏ

Cavanşir Paşazadə: “Həyata keçirilən işlərin kökündə Azərbaycan xalqı dayanır”

“Dövlət əhəmiyyətli torpaqlarda özlərinə villalar tikiblər” - Cavanşir Paşazadə

DGKA-nın tələbəsi: Məqsədim gömrükçü olmaqdır

Məşhur yazıçının oğlu: - “Atam çörək qarşılığında fəhləlik edirdi”

XİN-in yeni mətbuat katibi: “2 övladım var” - MÜSAHİBƏ

Azərbaycanlı yazar: “Oğlumun adını Roman qoyacam” - MÜSAHİBƏ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK