adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 May 2018 10:54
10692
İDMAN
A- A+

“Atletiko” və “Marsel” AvroLiqanın finalında

Ötən gecə UEFA-nın Avropa Liqasında yarımfinalın cavab oyunları keçirilib.

Adalet.az-ın məlumatına görə, hər iki iki matç finalçıların adını müəyyən edib.

Erkən final adlandırılan "Atletiko” – "Arsenal” cütü bu dəfə Madriddə üz-üzə gəlib. Londonda keçirilən ilk görüşdə 1:1 hesablı bərabərlik qeydə alınmışdı. "Atletiko" finala adlayıb.

Digər görüşdə isə "Zalsburq” "Marseli”i qəbul edib. İlk görüşdə 0:2 hesabı ilə uduzan Avstriya təmsilçisi bu dəfə eyni hesabla qalib gəldiyindən ikinci finalçının adı əlavə vaxtda bilinib. Sona 4 dəqiqə qalmış rəqib qapısına yol tapan "Marsel" finala vəsiqə qazanıb.

3 may

Avropa Liqası

Yarımfinal, cavab oyunları

"Atletiko” (İspaniya) –"Arsenal” (İngiltərə)- 1:0
Qol:Dieqo Kosta, 45+2
İlk oyun - 1:1
Baş hakim:Canluka Rokki (İtaliya)

"Zalsburq” (Avstriya)– "Marsel” (Fransa) - 2:1(Əlavəvaxtda)
Qollar:Haidar, 53 (1:0), Sarr, 65-avtoqol (2:0), Ronaldo, 116 (2:1)
İlk oyun - 0:2
Baş hakim:Sergey Karasyov (Rusiya)