adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 May 2018 10:23
20745
DÜNYA
A- A+

Ərdoğan: Türkiyə Afrində əməliyyatı tam başa çatdırmayıb

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində hərbi əməliyyatları hələ tam yekunlaşdırmayıb. 

Adalet.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Türkiyə lideri qeyd edib ki, hazırda Türkiyə SQ-nin əsas vəzifəsi yaşayış məntəqələrinin piyada əleyhinə və tank əleyhinə minalardan təmizlənməsidir.

R.T.Ərdoğan əlavə edib ki, Mənbic rayonunda gələcək əməliyyatları ABŞ-da Türkiyə XİN rəhbəri Mayk Pompeo ilə müzakirə edəcək.

Xatırladaq ki, bu ilin yanvar ayında Türkiyə Silahlı Qüvvələri Afrində "Zeytun budağı” əməliyyatına başlamışdı. Əməliyyat nəticəsində Afrin mart ayının ortalarında azad edilmişdi.