adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

MƏMURLARIMIZI KƏMƏRLƏNDİRƏK

NİCAT NOVRUZOĞLU
78086 | 2018-05-04 10:00

İnsan kəmərlənməyivə kəmərləməyi bacarmalıdı. Onu əyri-üyrü yollara aparıb salan tamahını, şərini,böhtanını, kinini kəmərləməlidir. Məsələn, saxta dərmanları insanlarayedizdirib haram pul qazanıb ailəsinə, övladlarına yedizdirməyə tamahını kəmərləməlidir.Və yaxud da uşaq evinin, internatın rəhbəri olub o uşaqların yeməyindənoğurlamaqdan özünü kəmərləməlidir. Nə yazıq ki, bu gün belələrinin kəmərləmək əvəzinəkəmərlərini bərkidənlər daha çoxdu. İtinətökdü.

İnsan kəmərlənməyivə kəmərləməyi bacarmalıdı. Onu əyri-üyrü yollara aparıb salan tamahını, şərini,böhtanını, kinini kəmərləməlidir. Məsələn, saxta dərmanları insanlarayedizdirib haram pul qazanıb ailəsinə, övladlarına yedizdirməyə tamahını kəmərləməlidir.Və yaxud da uşaq evinin, internatın rəhbəri olub o uşaqların yeməyindənoğurlamaqdan özünü kəmərləməlidir. Nə yazıq ki, bu gün belələrinin kəmərləmək əvəzinəkəmərlərini bərkidənlər daha çoxdu. İtinə tökdü.

Kəmərlənməkyaxşı şeydi. Bundan adama ziyan gəlməz. Kəmərlənərsən kəmərindən neft gələr, sugələr, qaz gələr. Kəmərlənərsən şalvarından arxayın olarsan. Bilərsən ki,belindədi, düşəsi deyil.

Kəmərlənərsən qəzadanda qurtularsan. Avtomobillərimizdə olan təhlükəsizlik kəməri səni qəza ölümündənmüəyyən faizlə qoruya bilir. Bu haqda geniş yazmaq olar. Yazının içərisinədünya statistikasını, arxasınca da bir-iki əcnəbinin kəmərlə bağlı işlətdiyiifadəni də əlavə edib babat bir yazıda, ozü də savadlı görsənəcək bir yazı dayazmaq olardl. Amma mən qərar verdim ki, elə də savadlı, əhatəli yox, elə sadədilimizlə bu kəmər barəsində bir məsələyə toxunum.

Söhbət təhlükəsizlikkəmərindən gedir. Bu gün hər bir sürücü demək olar ki, təhlükəsizlik kəmərinitaxır. Taxmasa qanunumuzun tələbi ilə 40 manat cərimələnir. Bilmirəm indi bucamaat o 40-a görə, ya da ki, təhlükəsizliyinə görə taxır, amma fakt budur ki,taxır. Hələ yanlarında oturanlara da taxdırırlar. Arada söz-söhbət çıxdı ki, bəsarxa oturacaqda oturanlar da taxmalıdı, amma bu məsələnin sonradan başıburaxıldı. Dedilər ki, elə qabaqdakılar kəmərlənsin kifayətdi. Millət də kəmərləndi.

Məni narahat edənisə kəmərlənməyənlərdi, yəni məmurlar. Oxucum, sənin yaşadığın rayonda görmüsənmi ki, rəisiniz,icra başçınız, prokurorunuz oturduğu maşında kəmər taxsın? Heç olmasa, sürücülərikəmər taxsın? Çətin görəsiniz. Bəlkə də taxanı var. Amma çox az sayda.

Mən başa düşürəmki, illərlə kreslolarına kəmərlənmiş birisi üçün həm də avtomobil oturacağına kəmərlənməkçətindi. Amma Siz bunu bizim üçün eləməlisiniz, əziz məmurlar. O təhlükəsizlik kəmərini vurmaqla həm də rəhbəriolduğunuz elin, obanın təhlükəsizliyini kəmərləmiş olursunuz. Allah eləməmiş,birdən kəmərsizlik ucbatından başınıza bir iş gəlsə, sizi kəmərsiz görüb cərimələməyəno yol polisinə yazığınız gəlsin. Biz onu topa qoyub çiləyərik ki, axı niyə vaxtındabu məmur qardaşımıza cərimə yazmadın, onu tənbeh eləmədin ki, bu gün başımızabu müsibət gəlməyəydi.

O məmurlarınsürücülərini də cərimələyin, danlayın, tənbeh edin. Onlar məsuliyyətlərinianlamırlar. Yüngül bir qəza ilə kəmərsiz idarə edilən avtomobilin idarəetməsiniitirmək bizə, bizim məmurumuza baha başa gələ bilər axı.

Noolsun ki, məmurlarımızcəfakeşdi. Noolsun ki, onlar həmişə xalq üçün canlarından, sağlamlıqlarındankeçməyə hazır olublar. Bu əsas deyil ki, biz onların canını qoruyacaq təhlükəsizlikkəmərini taxmamalarına göz yumaq. Bu yol verilməzdir. Öz məmurunu sevən yol polisi onun təhlükəsizliyiüçün bu addımı atmağa borcludur. Hətta bu borc məmurdan çıxsa belə.

Borcdan sözdüşmüşkən, o cərimənin də miqdarını artırmaq lazımdır. Elə rəqəm seçməklazımdır ki, məmurlar rəqəmdən qorxsunlar. 40 manatlıq cərimə ilə onlar kəmərtaxası deyillər. Onların cəriməsi ən azında 40 min manat olmalıdır ki, məmurlarımızanlasın ki, biz onların təhlükəsizliyi üçün necə narahatıq. Və ya onların təhlükəsizliyinecə qiymətlidir. Cərimənin miqdarını rayonlar üçün dəyişmək də olar. Məsələn,Bərdə 40 min olarsa, Ağdam 20 min manat. Gəncə 100 min manat. Zərdab 30 minmanat və s. Bəlkə bu yola bunlara kəmər taxdıraq.

Sabah təhlükəsizlikkəməri taxmadan avtomobili idarə edənbir məmuru və ya onun sürücüsünü çəkib internetə qoysam, kimsə məniqınamasın. Mən məmurlarımızı və xalqımı sevdiyimdən bunu edirəm. Məmurlarımızımillət üçün qoruduğumdan edirəm.

Ey məmurlar,taxın təhlükəsizlik kəmərinizi. Sürücünüzə də taxdırın. Qayda-qanuna görədemirik ha, təhlükəsizliyiniz üçün deyirik.


TƏQVİM / ARXİV