adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
03 May 2018 17:36
18717
DÜNYA
A- A+

Tramp keçmiş pornoulduzu məhkəməyə verəcək

ABŞ prezidenti Donald Tramp məşhur keçmiş pornoulduz Steffanı Klifforda qarşı mənəvi zərər iddiası qaldıracaq.

 

Adalet.az xəbər verir ki, bu barədə Tramp öz "Twitter” səhifəsində yazıb.


Prezident həmçinin vəkil Maykl Koen tərəfindən aktrisa Denialsa susması üçün vəsaitin də onun seçki kampaniyasının maliyyə fondundan verilməsi iddialarını təkzib edib. O, vəkili Koenə həmin vəsaitlərin şəxsi hesabından verildiyini də bildirib.

 

"Vəkil cənab Koen aylıq qonorarları  seçki kompaniyasının fondundan almayıb. Bu vəsaitlər iki tərəf arasında məxfilik müqaviləsi bağlamaq üçün istifadə olunub. Belə müqavilələr məşhurlar və zəngin insanlar arasında çox yayılıb” – Tramp yazıb.

 

ABŞ prezidenti müqavilənin hələ də qüvvədə olduğunu və onun xanım Klifforda qarşı dəymiş zərərin təmin olunması üçün istifadə olunacağını qeyd edib.

Çərşənbə axşamı ABŞ liderinin vəkillər qrupuna daxil olan Nyu-Yorkun eks meri Rudolf Culyani "Fox Nyus” kanalının efirində cənab Trampın vəkil Koenə porno ulduza verilməsi üçün 130 min dolları verdiyini bildirib. O eyni zamanda qeyd edib ki, aktrisa həmin pulları alıb.

 

Xatırladaq ki, Stormi Denials ləqəbli keçmiş porno ulduz 10 il əvvəl hazırki ABŞ prezidenti Donald Trampla qeyri-rəsmi əlaqələr yaşadığını bildirmişdi. Aktrisa  hətta buna görə Trampla bu mövzunun gizli saxlanılması üçün müqavilə bağlandığını da bildirib. Lakin müqaviləyə Trampın imza atmadığını iddia edərək o məhkəmədə həmin müqavilənin ləğvi iddiasını qaldırıb. (modern.az)