adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 May 2018 16:40
22298
MARAQLI
A- A+

Jurnalistlər üçün ən təhlükəli ölkə

Adalet.az Modern.az -a istinadən xəbər verir ki, Suriyada 2011-ci ilin mart ayından bu günə kimi öldürülən jurnalistlərin sayı 682 nəfərə bərabərdir.

Bunu Suriya İnsan Haqları üzrə Müşahidə Şurası 3 may "Dünya mətbuat azadlığı günü”nə həsr etdiyi xüsusi hesabatında qeyd edib.

Hesabatda qeyd olunur ki, Bəşər Əsəd rejimi və İrana dəstək olan terror qrupları beçi xarici jurnalist olmaqla 538 KİV əməkdaşını qətlə yetirib. Eyni zamanda Rusiyaya xdmət edən " güc”lər 18 jurnalistin həyatına son qoyub. Bundan başqa İŞİD üçü xarici jurnalist olmaqla 64 jurnalisti edam edib, YPG və PKK qruplaşması 4 jurnalisti öldürüb.

Hesabatda qeyd olunub ki, müxalif rejim ilə hakim rejim arasında silahlı toqquşmalar zamanı 25 jurnalist həlak olub. Ümumilkdə 37 jurnalist amansız işgəncələrə məruz qalaraq öldürülüblər.

Məlumata görə, 33-ü xarici jurnalist olmaqla 1116 jurnalist qaçırılıb.