adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 May 2018 16:23
47631
ŞOU-BİZNES
A- A+

"Dodaq şişirdir, qaş alırlar" - Elariz kişi həmkarlarını ələ saldı

"Kişi gedir dodağını şişirdir. Biabırçılıqdır. Üzlərinə botoks edirlər ki, şiş görünsün. Amma gülünc görünürlər”.

Adalet.az-ın məlumatına görə, bu sözləri müğənni Elariz Məmmədoğlu "ATV maqazin onlarla” verilişində deyib.

Sənətçi plastik əməliyyat etdirən həmkarlarını tənqid edib. O, üzünə estetik dəyişiklik edənləri ələ salıb:

"Düzdür, incəsənət qurban tələb edir. Amma siz sənətə əziyyət, rahatlığı qurban verin. Qaş almaqla nəyi sənətə qurban verirlər? Qaş almaq lap biabırçılıqdır. Kişi hara, qaş almaq hara?”.

Elariz özünün saç əkdirmə məsələsindən söz açıb:

"Əvvəl bu haqda danışmırdım. Gözləyirdim ki, insanlar bir az müasirləşsinlər. İndi görürəm ki, sürücü də saç əkdirib. Burada qəbahətli heç bir şey yoxdur. Cabbar Musayevdən sonra saç əkdirən mən olmuşam. Özü də dörd dəfə cərahiyyə əməliyyatı etdirdim. Düşündüm ki, ilk dəfədən çox etdirsəm, camaat pis baxar”.