adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
03 May 2018 15:15
19085
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: BU MƏNƏM


Kiprikləri tumurcuqlu
Bəbəyi leysanla dolan...
Mən - kədəri göz muncuqlu
Sinəsi də xal-xal olan -
yarpaq!.

Sən Allahın önündə lal
Mən duracam dizi üstə...
Qaçılmazdı bil ki, bu hal
Tutmayacaq bizi üstə -
torpaq!..

Dünya artıq gözümdə dar
Sular demə durulubdu...

Ölümün də mələyi var
Mənim üçün qurulubdu -
tor , bax!