adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
03 May 2018 14:44
59361
AVTOMABİL
A- A+

Daha bir yolda hərəkət məhdudlaşdırılır

Bakıda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə paytaxtın Ziya Bünyadov prospektinin "Böyük Şor” yol qovşağından başlayaraq "Çermet" körpüsünə qədər olan hissəsində (20 yanvar metrosu istiqamətində) üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, bu gün saat 22:00-dan etibarən hərəkət tam və yaxud qismən məhdudlaşdırılacaq.

Adalet.az xəbər verir ki, "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyini yaydığı birgə məlumatda deyilir ki, tam məhdudlaşdırma prospektin həmin hissələrində olan körpü və tunellərdə tətbiq olunacaq. Bu zaman hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq. Prospekt bağlı olmayacaq.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. "Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.