Daha bir yolda hərəkət məhdudlaşdırılır
Bakıda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə paytaxtın Ziya Bünyadov prospektinin "Böyük Şor” yol qovşağından başlayaraq "Çermet" körpüsünə qədər olan hissəsində (20 yanvar metrosu istiqamətində) üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, bu gün saat 22:00-dan etibarən hərəkət tam və yaxud qismən məhdudlaşdırılacaq.
Adalet.az xəbər verir ki, "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyini yaydığı birgə məlumatda deyilir ki, tam məhdudlaşdırma prospektin həmin hissələrində olan körpü və tunellərdə tətbiq olunacaq. Bu zaman hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq. Prospekt bağlı olmayacaq.
Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. "Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.
Digər Xəbərlər
19 Aprel 2024 18:57
Bu yollarda tıxac var - SİYAHI
18 Aprel 2024 10:54Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin NƏZƏRİNƏ
17 Aprel 2024 10:05Əsgəran avtomobil yolunun inşasına start verilib
15 Aprel 2024 18:22Bu yollarda sıxlıq var - SİYAHI
15 Aprel 2024 09:00