adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 May 2018 11:47
29091
MƏDƏNİYYƏT
A- A+

Adilə Naşitin Tarık Akanla olan duyğu dolu xatirəsi

"Bizim Ailə" filminin çəkilişlərində idik. Halit Akçatepe ilə Münir Özkul, öz aralarında söhbət edib gülüşürdülər. Tarık Akan da, bir küncə çəkilmiş, fikirli görünürdü. Yanına getdim, çox səmimi deyildik, şorba içmək saatıydı, sorba içdik və "xeyirdir” dedim, çətinliklə olsa da danışmağa başladı:

"Mühəndislik fakultəsindəykən, universitetə yaxın yerdə bir mətbəəçi dostum vardı. Öz cibindən kitablar çap edər, insanlar oxusun deyə çalışardı. Bü gün gələrkən onunla rastlaşdım. İşləri pis günə düşmüş, mətbəəni bağlamaq məcburiyyətindəyəm” dedi.

Çəkilişlər yaxşı gedirdi, Münirin yanına getdim, vəziyyəti danışdım, gündəlik pul üçün çalışırdıq, nə edəcəyimizi də çox bilmədiyimiz üçün gözlədik. Bəlkə əlimizdən bir şey gəlirdi. Münir bu məsələni xeyli götür-qoy elədi. Filmin o can alıcı səhnəsi var ha: Münirin o gözəl obrazı. Saim bəyin qapısından içəri girər, "sən deyil, mən böyüyəm mən” deyə nöqtələyər. O səhnədə, hər kəsin əli ayağı buz kəsdi, yarım saat bir səssizlik oldu.


Gün başa çatdı, pullar verildi. O gün nə oldusa, hamımızın pulundan kəsmişdilər. Bircə Münirdən başqa. Hər kəs aldığı pulları bir araya yığdı və Tark Akana verdik bu pulu. Qəbul etmədi. Zorla qəbul etdirdik, bərabər gedib mətbəədəki işlər düzələnə qədər, hər gün bir az daha dəstək olduq. Bu gün Tarıkın vəsiləsiylə o mətbəə hələ də çalışır və ötənlərdə 20 min kitab çap edib, bütün ölkədəki təhsil kitabxanalarına yolladı..."

Kitabın adı nə bilirsizmi?

Yazının sonuna qocaman sözlərlə yazıram:

NİTQ