adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 May 2018 11:28
15177
İDMAN
A- A+

Avropa Liqasında finalçılar müəyyənləşir

Bu gün Avropa Liqasında yarımfinalın cavab oyunları keçiriləcək.

Adalet.az-ın xəbərinə görə, oynanılacaq iki matçla finalçıların adı müəyyənləşəcək.

Erkən final adlandırılan "Atletiko” – "Arsenal” cütü bu dəfə Madriddə üz-üzə gələcək. Londonda keçirilən ilk görüşdə 1:1 hesablı bərabərlik qeydə alındığından komandaların finala çıxmaq şansı bərabər qiymətləndirilir.

Digər görüşdə isə sürpriz şəkildə yarımfinala qədər irəliləyən "Zalsburq” "Marseli”i qəbul edəcək. Fransada keçirilən ilk qarşılaşmada 2 cavabsız qolla qalib gələn "Marsel” finala daha iddialıdır.

3 may

Avropa Liqası

Yarımfinal, cavab oyunları

23:05. "Atletiko” (İspaniya) – "Arsenal” (İngiltərə)
İlk oyun - 1:1
Baş hakim:Canluka Rokki (İtaliya)

23:05. "Zalsburq” (Avstriya) – "Marsel” (Fransa)
İlk oyun - 0:2
Baş hakim:Sergey Karasyov (Rusiya)