adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
03 May 2018 11:24
17829
ƏDƏBİYYAT
A- A+

Murad Köhnəqala beynəlxalq festivala dəvət alıb

Tanınmış şair-yazıçı Murad Köhnəqala Tbilisi Beynəlxalq Ədəbiyyat Festivalına dəvət olunub.

Adalet.az xəbər verir ki, bu barədə kulis.az-a yazıçının özü məlumat verib: "Bu festival 2014-cü ildən etibarən keçirilir. Bu il mayın 14-19-u arası baş tutacaq festivala mən də dəvətliyəm.”

M.Köhnəqalanın sözlərinə görə, tədbirdə Avrasiya ölkələrindən olan tanınmış ədəbi simalar iştirak edəcək. Festivalın keçirilməsində məqsəd dünyanın müxtəlif dillərində yazan yazıçıların yaradıcılığı və şəxsiyyəti ilə tanışlıqdır:

"Festivala dəvət olunan hər bir yazıçının əsəri gürcü və ingilis dillərində çap edilərək iştirakçılara təqdim olunur. Eyni zamanda, diqqətçəkən əsərlərin Avropa dillərinə tərcüməsi və nəşri də nəzərdə tutulur.” – deyə yazıçı bildirib.