“Neftin qiyməti yenidən ucuzlaşacaq” - Ekspert rəyi
Son günlər ABŞ dolları dünya bazarında aparıcı valyutalara, o cümlədən avroya nisbətən möhkəmlənməkdədir. Bir müddət öncə 1 avro almaq üçün 1.24 ABŞ pulu ödəmək lazım idisə, indi Avropanın vahid valyutasının məzənnəsi 1.20-dən da aşağ düşüb.
Adalet.az-ın məlumatına görə, iqtisadçı-ekspert Vüqar Bayramov bununla bağlı bildirib ki, ABŞ-da elan edilən iqtisadi göstəricilər fonunda Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsi ilə bağlı əvvəlki artım qərarları və eləcə də Avropa Mərkəz Bankının uçot dərəcəsini dəyişməz saxlaması və sentyabradək aylıq 30 milyard avroluq qiymətli kağızlar alması (Quantitative easing-QE) prosesinin davam etməsi qlobal valyuta bazarına təsirsiz ötüşmür.
"Avropa Mərkəzi Bank pul siyasəti faizini 0%-də, depozit faizini mənfi 0.40%-də, marginal borcvermə faizini isə 0.25%-də saxlayıb. Brüsseldən və Vaşinqtondan yeni xüsusi bəyanatlar gəlməyəcəyi halda qlobal bazarda yaxın günlərdə stabilləşmə əldə ediləcəyi gözlənir".
V.Bayramov qeyd edib ki, dolların möhkəmlənməsi neftin dünya bazar qiymətinə təsirsiz ötüşmür: "Hələlik neftin qiymətində kəskn azalmalar müşahidə edilməsə də "qara qızılın” mövqeyi müəyyən qədər yumşalıb. Bununla belə, dolların möhkəm kursunu qoruyub saxlayacağı və Yaxın Şərqdə siyasi stabilliyin əldə ediləcəyi halda neftin qiymətlərində azalmaların olacağı gözlənilir. Qlobal bazardakı mövcud tələb və təklif tarazlığı fonunda neftin qiymətinin yenidən azlması ehtimalı yüksəkdir. Neftin qiymətini hələlik daha çox siyasi səbəblər və xüsusən də Suiya və İran ətrafında baş verənlər yüksək saxlayır".
Digər Xəbərlər
18 Aprel 2024 12:17
Bu motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşdi
18 Aprel 2024 11:20"Azərbaycana təhlükə daşıyan GMO orqanizmini gətirmək mümkün deyil" - AQTA sədri
18 Aprel 2024 11:15Prezident Mikayıl Cabbarova yeni müavin TƏYİN ETDİ - FOTO
18 Aprel 2024 10:01Bu günə olan valyuta məzənnələri
18 Aprel 2024 09:43