adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
02 May 2018 17:57
30672
TEXNOLOGİYA
A- A+

“İnstagram” söyüşləri bloklayacaq - YENİ FUNKSİYA

"İnstagram” sosial şəbəkəsi bu gündən söyüşləri bloklayacaq yeni funksiyanı işə salıb.

Adalet.az xarici mətbuata istinadən məlumatına görə, bu funksiya avtomatik işə salınacaq.

Yenilik avtomatik olaraq işə düşəcək. Onu dayandırmaq üçün istifadəçi öz akkauntunun tənzimləmə bölməsinə daxil olmalıdır. "İnstagram”ın boss-meneceri Kevin Sistrom bildirib ki, yeni filtr bu və ya digər akkaunt sahibini təhqir edən, sağlamlıq və rifaha qarşı olan şərhləri avtomatik gizlədəcək.

"İnstagram” hər bir istifadəçinin təkrar etdiyi ifadələr barədə informasiyalar alacaq. Öz fəaliyyətində israrlı olan xuliqanların səhifələri isə bloklanacaq.