adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
02 May 2018 14:28
23715
ƏDƏBİYYAT
A- A+

ŞEİRLİ, NƏĞMƏLİ MƏCLİS

Cəlilabad rayonundakı H.Əliyev adına Yaradıcılıq Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, "Hüseyn Cavid” şeir müsabiqəsinin qalibi Əlizadə Nurinin 55 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi. "Sözün işığı” redaksiyasının və Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə düzənlənən tədbiri giriş sözü ilə "Sözün işığı” jurnalının baş redaktoru, şair-publisist Ədalət Salman açaraq yubilyarın həyatı və ədəbi fəaliyyəti barədə danışdı. O, sonra sözü dəvət olunmuş qonaqlara verdi.

Azərbaycan Yazıçılar Birliyinin üzvlərindən Vəliyulla Novruz, Mirkamil Mirxəliloğlu,Əfrahim Abbas, Gülbala Teymur, Meyxoş Abdullah, İman Abdulla, Əlirza Həsrət,"Əməkdar Mədəniyyət işçisi” Cahangir Muradov, araşdırmaçı jurnalıst Sabir Nəsiroğlu,Uzuntəpə kənd məktəbinin tarix müəllimi Ələsgər Mirzəzadə və başqaları çıxış edərək şair Əlizadə Nurinin yaradıcılığına yüksək dəyər verdiklərini bildirdilər və ona yeni-yeni ədəbi nailiyyətlər arzuladılar. Cəlilabad şəhər 8 saylı məktəbin şagirdləri isə şairin şeirlərindən əzbər söylədilər.

Cəlilabad Rayon Mədəniyyət şöbəsi həmkarlar ittifaqının sədri Mirşamil Mürsəlov,Mədəniyyət və Turizm Nazirliyinin Masallı regional idarəsinin Cəlilabad nümayəndəliyi və Cəlilabad MKS-nin direktoru Elçin Hüseynov yubilyara Fəxri Fərmanlar təqdim etdilər.

Sonda yubilyar Əlizadə Nuri çıxış edərək tədbir iştirakçılarına və təşkilatçılara öz minnətdarlığını bildirdi, yeni yazdığı şerini oxudu.

Bir yaz səhəri – 1 May günü keçirilən şeirli, nəğməli məclis poeziya həvəskarlarına xoş ovqat bəxş elədi.