adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 May 2018 14:19
19006
İDMAN
A- A+

ÇAKIR TÜRKİYƏNİN HEYFİNİ ALMANİYADAN ALDI

«Real»la «Bavariya»nın oyununda Cüneyt Çakır «Real»ın qapısına 200 faizlik penaltini verməyəndə məni bir dəli gülmək tutdu. Əvvəla, niyə 200 faiz, ona aydınlıq gətirim: həm penalti, həm də qırmızı kart verilməliydi, bu da eləyir 200 faiz. Və nəyə güldüm? Yadıma «Axırıncı aşırım» filmindəki məşhur kəlam düşdü: «Qurban olum Şura hökumətinə ki, Kərbəlanın heyfini Nikolay padşahdan aldı».

İndi qurban olum Cüneyt Çakıra ki, Türkiyənin heyfini Almaniyadan və almanlardan aldı. Son zamanlar Almaniya Türkiyəyə çox kəllə atır, referendumda da türk siyasətçilərini Almaniyaya buraxmırdı, indi də bəyan edib ki, cümhurbaşkanlığı seçkiləri ilə əlaqədar heç bir türk siyasətçisi Almaniyada yaşayan türklərlə (sayı 5 milyondan çoxdu) görüşüb təbliğat apara bilməz.

Di gedin, nemes uşağı nemeslər, həsrət qalın Çempionlar Liqasının kubokuna. Siz bizi Almaniyaya buraxmazsız, biz də sizi futbolda məhv edərik, fıştırığın birini az verərik yanıb-tökülərsiz.

Yəqin Almaniyada yaşayan türklər Çakırın nəsil-nəcabətini yad edərək səhərədək rakı içiblər.